14 Avqust 2013 01:08
338
Təhsil
A- A+

Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramları Texasın nüfuzlu universitetlərinin nümayəndələri üçün təlim proqramına başlamışdır

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) İxtisasartırma Proqramları (ADA Executive Programme) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və AFAZ-nin (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün "Azərbaycanşünaslıq " adlı təlim proqramına başlamışdır.

ADA-nın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, proqramda Texas Universiteti (Austin, Dallas), Texas Neft və Qaz Assosiasiyası, Hyüston Universiteti, C.T.Bauer Biznes Kolleci, Texas Dövlət Universiteti və Texas A&M Universitetinin professor, tələbə və administrativ heyəti iştirak edir.

Avqustun 12-dən başlayan ayın 15-dək davam edəcək  proqram çərçivəsində iştirakçılar Azərbaycanın iqtisadi, siyasi və ictimai vəziyyəti, o cümlədən tarix və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Proqramın təlimçiləri arasında ADA-nın professor heyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yüksək rütbəli nümayəndələri və parlament üzvləri olacaqlar.

Kifayət qədər zəngin və hərtərəfli proqramın gündəliyinə Azərbaycanın regional və xarici siyasət prioritetləri, Dağlıq Qarabağ münaqişəsi, Avratlantik inteqrasiya, enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar mövzularında seminarlar da daxildir.

Təlim çərçivəsində iştirakçılar, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün müxtəlif şəhər və muzey turlarında iştirak edəcəklər.

Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyevanın verdiyi məlumata görə, 2007-ci ildən fəaliyyətə başlayan ADA-nın ixtisasartırma proqramları bu günədək 700 azərbaycanlı dövlət qulluqçusu və diplomata, o cümlədən 120 xarici dövlət rəsmilərinə və Bakıda fəaliyyət göstərən 60 şirkətdən 260-dək orta və baş menecerlərə təlim keçmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video