03 Aprel 2013 01:04
400
Təhsil
A- A+

Azərbaycan Diplomatik Akademiyası Maastrixt Menecment Məktəbi ilə birgə təlim təşkil edəcək

 

Azərbaycan Diplomatik Akademiyasının (ADA) ixtisasartırma proqramları Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə təlim proqramı təşkil edəcək.

ADA-dan AzərTAc-a bildirmişlər ki, "Strateji idarəetmə: işlək strategiyanın qurulması" mövzusunda təlimlər hökumət və özəl sektorda çalışan orta və yüksək vəzifəli menecerlər üçün nəzərdə tutulmuşdur. Üçgünlük təlimlər zamanı Maastrixt Menecment Məktəbi də daxil olmaqla Niderland Krallığının aparıcı biznes məktəblərində dərs deyən strateji idarəetmə üzrə professor Dafir Kreymer təlim iştirakçılarına uğur qazanmaq üçün öz təşkilatlarını təhlil edib müvafiq fəaliyyət strategiyasının qurulması yollarını öyrədəcəkdir. D.Kreymer dərslər zamanı, həmçinin mövcud uğur strategiyası nümunələri və fərziyyələrini nəzərdən keçirərək, onların yerli təşkilatlara uyğunlaşdırılması üslublarına vaxt ayıracaqdır. "Strateji idarəetmə: işlək strategiyanın qurulması" təlim proqramına  qəbul  aprelin 18-dək davam edəcəkdir. Maraqlı olan şəxslər ADA ixtisasartırma proqramları ilə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, bu tədris ilindən başlayaraq Azərbaycan Diplomatik Akademiyasında  Maastrixt Menecment Məktəbi ilə birgə "Biznesin idarəedilməsi" (Executive MBA) üzrə ikiillik magistr təhsili də veriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video