19 Fevral 2013 01:02
362
Təhsil
A- A+

Azərbaycan Diplomatik Akademiyası «Açıq dərs» həftəsi keçirir

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) magistratura proqramlarına sənəd qəbulu ilə bağlı artan ictimai marağı nəzərə alaraq bu həftəni "Açıq dərs" həftəsi elan etmişdir.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, müəllim heyətinə daxil olan yerli və xarici professorlar fevralın 19-dan 22-dək müxtəlif mövzulara həsr edilmiş açıq dərslər keçirəcək, potensial tələbələrə ADA-nın magistratura proqramlarını bu dərslər əsasında təcrübədən keçirmək imkanı yaradacaqlar. Akademiyada təhsil ingilis dilində olduğu üçün "Açıq dərs" həftəsi də gələcək magistrantları aşağıdakı mövzular üzrə ingilis dilində məruzələrə dəvət edir: "Beynəlxalq biznes", "İqtisadiyyatın beş prinsipi", "Beynəlxalq siyasi iqtisadiyyat" və "İctimai siyasətə giriş". Maraqlı olan şəxslər [email protected] ünvanı vasitəsilə qeydiyyatdan keçərək mühazirələrdə iştirak edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyası 2013-2014-cü tədris ilində Diplomatiya və beynəlxalq münasibətlər (MADİA), İctimai siyasət (MPP), eləcə də Biznesin idarəedilməsi (ExecutiveMBA) ixtisasları üzrə magistr proqramlarına qəbul elan etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video