11 Yanvar 2012 12:01
317
CƏMİYYƏT
A- A+

Azərbaycan diplomatı və AzərTAc-ın xüsusi müxbiri «Ukraynanın müstəqilliyinin 20 illiyi» medalı ilə təltif edilmişlər

 

AzərTAc xəbər verir ki, yanvarın 9-da Kiyevdə "Qızıl fortuna" ("QF") Beynəlxalq Akademik Reytinqi  tərəfindən təşkil edilmiş təntənəli Yeni il - Milad qəbulu olmuşdur. Qəbulda ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə sanballı şəxsi töhfələrinə görə əcnəbi vətəndaşlar mükafatlandırılmışlar.

Qeyd edək ki, "QF"nin Rəyasət Heyətinə dünyanın 29 ölkəsinin, o cümlədən Azərbaycanın Milli Elmlər Akademiyasının rəhbərləri daxildir. Qalibin və namizədlərin reytinqlərinin müəyyən edilməsində ekspert qismində Ukrayna MEA-nın Sosiologiya İnstitutunun aparıcı mütəxəssisləri, Ukrayna Ali Radasının deputatları, vilayət və şəhər dövlət administrasiyalarının, sahə nazirliklərinin və idarələrinin rəhbərləri, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Ukrayna hakimiyyətinin bütün qollarının, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, hərbi attaşelər, Ukraynanın elmi və mədəni elitasının, yerli və xarici KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Qəbulun rəsmi hissəsində Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayevə və Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Ukrayna, Belarus və Moldovadakı xüsusi müxbiri (müxbir məntəqəsi Kiyevdə yerləşir) Zeynal Ağazadəyə "Ukraynanın müstəqilliyinin 20 illiyi" medalı təqdim olunmuşdur.

Azərbaycan diplomatına və jurnalistinə medalları Reytinqin Rəyasət Heyətinin başçısı, Ukrayna Milli Elmlər Akademiyasının  prezidenti, akademik Boris Patonun imzası olan vəsiqələrlə birlikdə Reytinqin Baş Direktorluğunun rəhbəri, doktor Dmitri Akimov təqdim etmişdir.

O, təbrik nitqində ulu öndər Heydər Əliyevlə unudulmaz görüşlərini səmimiyyətlə xatırlayaraq  qeyd etmişdir ki, Prezident İlham Əliyevlə də görüşmək şərəfinə nail olmuşdur. D.Akimov, həmçinin "Qızıl fortuna"nın Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx və səmərəli əməkdaşlıq etdiyini vurğulamışdır. 

Sonra bayram konserti olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video