20 Iyun 2012 03:06
531
PARLAMENT
A- A+

Azərbaycan demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının etibarlı təminatı sahəsində nümunəvi təcrübəyə malikdir

 

Ombudsmanların "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusunda X Bakı Beynəlxalq konfransının bir qrup iştirakçısı iyunun 19-da Milli Məclisdə olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan parlamentinin inzibati binası ilə tanışlıqdan sonra qonaqlar Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşlər.

Ziyafət Əsgərov qeyd etdi ki, ombudsmanların X Bakı Beynəlxalq konfransı çox vacib məsələni müzakirəyə çıxarmaqla əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərdən, qəbul olunmuş qanunlardan söz açan Z.Əsgərov bildirmişdir ki, 1995-ci ildə milli Konstitusiya qüvvəyə mindikdən sonra bir neçə Konstitusiya qanunu, yüzlərlə hüquqi sənəd, insan hüquq və azadlıqlarının təminatına dair dövlət proqramları qəbul olunmuşdur. Ölkəmiz müstəqilliyini bərpa  etdikdən sonra bu sahədə mövcud beynəlxalq konvensiyalara da qoşulmuşdur. İndi ölkə vətəndaşlarının hüquqları mövcud qanunvericilik əsasında yüksək səviyyədə qorunur.

Ziyafət Əsgərov müstəqillik dövrünün təsisatlarından olan ombudsman institutunun insan hüquqlarının keşiyində dayandığını önə çəkərək bildirmişdir ki, yarandığı 10 il ərzində bu qurum ölkənin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq əlaqələri yaratmış və işinin öhdəsindən layiqincə gəlir.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirmişdir ki, Milli Məclis ilə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir. Onlar insan hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyət göstərirlər.

Görüşdə iştirak edən Türkiyə, Pakistan, Rusiya, Niderland, Yaponiya, Çin, Koreya, Kanada, Tailand, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin ombudsmanları, həmçinin hüquqşünas alimlər çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, Bakıda müşahidə etdikləri inkişafdan, paytaxtın gözəlliyindən danışmış,  Ombudsmanların X Bakı Beynəlxalq konfransının yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər. Qonaqlar belə tədbirlərin ombudsmanlar arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətini xüsusi qeyd etmişlər.

Çıxış edən müxtəlif ölkələrin ombudsmanları Azərbaycanı ötən  müddətdə müxtəlif sahələrdə qazanılan uğurlara görə də təbrik etmiş, dövlətimizin regiondakı nüfuzunu və rolunu xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının etibarlı təminatı sahəsində nümunəvi təcrübəyə malikdir.

Qonaqlar Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xarici ölkələrdən fiziki qüsurlu, imkansız uşaqların Bakıya gətirilməsini Azərbaycanın insan hüquq və azadlıqlarına verdiyi ən yüksək qiymətin təzahürü kimi qiymətləndirmişlər. Azərbaycanın bu addımının digər ölkələr üçün nümunə olduğunu bildirmişlər.

Sonra görüşdə qonaqların ölkəmizin Konstitusiyasının əsas müddəaları, Milli Məclisdə təmsil olunun siyasi partiyalar, seçki sistemi barədə sualları cavablandırılmış, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video