18:05 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçirilmişdir
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
05:04 30.04.2014

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) IX qurultayı keçirilmişdir. Qurultayda AMEA-nın Coğrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, qurultayda ACC-nin hesabatı dinlənilmiş, Rəyasət heyətinin və prezidentinin seçilməsi məsələləri nəzərdən keçirilmiş, cəmiyyətin saytı təqdim cəmiyyətin loqotipi təsdiq edilmişdir.
Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov və digər natiqlər ACC-nin 2007-ci ilin fevralında keçirilən VIII qurultayından sonra görülən işlər barədə məlumat vermişlər.
Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti və Naxçıvan Dövlət Universitetində ACC-nin filialları fəaliyyət göstərir. Gələcəkdə Sumqayıt, Gəncə, Lənkəran, Şəki və Yevlaxda da ACC-nin filiallarını açmaq planlaşdırılır. Hesabat dövründə ACC-nin əsərlərinin 8 cildi çapdan çıxmışdır. Həmin kitablarda coğrafiyanın müasir problemlərinə, habelə elmdə yeniliklərə dair mindən çox məqalə dərc olunmuşdur. Xarici müəlliflərin 50-dən yuxarı əsəri işıq üzü görmüşdür. Hesabat dövründə ACC Rəyasət heyətinin 14 toplantısı, 8 respublika və bir beynəlxalq miqyaslı elmi-praktik konfrans keçirilmişdir. Tədbirlərdə Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Türkiyə, İran və digər ölkələrdən alimlər iştirak etmişlər. Hesabat dövründə ACC həmin ölkələrin coğrafiya cəmiyyətləri ilə sıx əlaqələr qurmuşdur. ACC-nin üzvləri dörd beynəlxalq qrant layihəsinin iştirakçısı olmuşlar. Onların araşdırmaları ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov ACC-nin prezidenti seçilmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM