02 Iyun 2013 03:06
456
PARLAMENT
A- A+

Azərbaycan-Braziliya əlaqələrinin inkişafı üçün böyük potensial vardır

 

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Braziliya parlamentinin deputatlar palatasının xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Z.Əsgərov Azərbaycanın Cənubi Amerika dövlətləri, xüsusilə Braziliya kimi siyasi çəkiyə malik olan bir dövlətlə münasibətlərə böyük önəm verdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, ikitərəfli əməkdaşlıq üçün kifayət qədər böyük potensial vardır və bu potensialdan istifadə edib əlaqələri yüksək səviyyəyə qaldırmaq lazımdır.

Ölkəmizin iqtisadi inkişafı, beynəlxalq siyasi arenadakı fəaliyyəti haqqında qonaqlara məlumat verən Milli Məclis Sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, Azərbaycanın təcavüzə məruz qaldığını və ərazisinin 20 faizinin işğal altında olduğunu nəzərə çatdırmışdır.

Bildirilmişdir ki, Ermənistan heç bir beynəlxalq qanuna hörmətlə yanaşmır. BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamələr qəbul etsələr də, Ermənistan bunlara məhəl qoymur. Bəzi dövlətlər isə problemə ikili standartlar siyasətindən yanaşırlar ki, bu da ermənilərə işğalı davam etdirmək üçün imkan yaradır.

Nelson Pelleqrino səmimi görüşə görə minnətdarlıq edərək demişdir ki, səfərin yekunları haqqında Braziliya parlamentinə hesabat verəcək və həmin hesabatda Azərbaycanın ərazilərinin işğal altında olmasını bildirəcəkdir.

Ölkəmizə səfəri çərçivəsində Bakını və bəzi rayonları gəzdiyini bildirən qonaq Azərbaycanın sürətlə inkişaf etdiyini demişdir.

Bildirilmişdir ki, Braziliya xarici siyasətində parlament diplomatiyasına daha çox üstünlük verir. Çünki ənənəvi diplomatiyadan fərqli olaraq parlament nümayəndələrinin apardıqları danışıqlar və qurduqları əlaqələr səmimi olur. Bu baxımdan Azərbaycan ilə yaradılacaq əməkdaşlıq əlaqələri faydalı və səmimi olacaqdır.

Nelson Pelleqrino Milli Məclis Sədrinin birinci müavini Z.Əsgərovu Braziliyaya dəvət etmiş, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video