01 Iyun 2013 05:06
395
PARLAMENT
A- A+

Azərbaycan Böyük Britaniya ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

 

Mayın 31-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan  Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, enerji komitəsinin üzvü Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ziyafət Əsgərov dünyanın ən qədim parlament ənənələrinə malik olan Böyük Britaniya parlamentinin nümayəndələrini Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Avropa dövlətləri, xüsusi ilə Böyük Britaniya ilə əlaqələrin inkişafına və daha da genişlənməsinə xüsusi önəm verir: "İki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard ABŞ dolları həcmindədir. Azərbaycanda 150-ə qədər Britaniya şirkəti fəaliyyət göstərir. Bunların arasında BP-nin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu şirkət Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizə gəlmiş və rəsmi Bakının həyata keçirdiyi böyük neft və qaz layihələrində mühüm rol oynamışdır. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasına daxildir. Cənubi Qafqaz bölgəsində istehsal olunan Ümumi Daxili Məhsulun 80 faizi Azərbaycanın payına düşür. Müstəqil xarici siyasət yeridən Azərbaycan Avropaya, ümumilikdə dünyaya inteqrasiya yolunu seçmiş və bu yolla uğurla irəliləməkdədir".

Milli Məclisin Sədrinin birinci müavini əlavə edib ki, inkişaf ilə yanaşı, ölkəmizin  Dağlıq Qarabağ problemi də var: "Ermənistan Azərbaycana məxsus olan Dağlıq Qarabağı işğal edərək 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olmuşdur. BMT-nin, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının zəbt olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi haqqında qətnamə qəbul etmələrinə baxmayaraq, Ermənistan açıq şəkildə beynəlxalq hüquq normalarına hörmətsizlik edir və işğala məruz qoyduğu torpaqları azad etməkdən boyun qaçırır. Problemi mürəkkəbləşdirən hal ondan ibarətdir ki, dünya birliyi Ermənistana təzyiq göstərib ədalətin bərpasına çalışmır".

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən  Kristofer Pinçer bildirib ki, səfərin əsas məqsədi Böyük Britaniya ilə Azərbaycan arasındakı iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Qarşılıqlı səfərlərin hər iki tərəf üçün faydalı olacağını deyən  K. Pinçer yaxın gələcəkdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətini Britaniya parlamentində görmək istəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video