15 Yanvar 2012 12:01
316
İQTİSADİYYAT
A- A+

Azərbaycan Almaniyada keçirilən turizm sərgisində iştirak edir

 

Yanvarın 14-də  Almaniyanın Ştutqart şəhərində "CMT" Beynəlxalq turizm sərgisi işə başlamışdır.

Yanvarın 22-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı,  ölkəmizdə fəaliyyət göstərən "Geo Travel", "ENC Tours" və "Xəzər" turizm şirkətlərinin təmsilçiləri də iştirak edirlər. 

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı  24 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.

Azərbaycan turizminin Almaniya turizm bazarında tanıdılması və bu ölkədən turistlərin cəlb olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi martın 7-dən 11-dək  Berlində keçiriləcək "İTB - 2012" beynəlxalq turizm sərgisində də iştirak etməyi planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video