22 Noyabr 2013 01:11
366
PARLAMENT
A- A+

Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Bundestaqın deputatının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər

 

Noyabrın 21-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri ilə Bundestaqın deputatı Bernhard Shlte-Druqqeltenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olmuşdur.

İşçi qrupunun üzvü Fuad Muradov Azərbaycan ilə Almaniya arasındakı iqtisadi və siyasi əlaqələrin inkişaf etdiyini bildirmiş, parlament üzvlərinin qarşılıqlı səfərlərinin fayda verdiyini demişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Avropa məkanına inteqrasiya siyasətini prioritet hesab edir və bu qitədəki dövlətlərlə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın iqtisadi inkişafı yeni məktəblərin tikilməsinə, ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə şərait yaratmışdır. Hər il minlərlə gənc dövlətin ayırdığı maliyyə vəsaiti hesabına xarici ölkələrdə təhsil almağa göndərilir.

Dövlət başçısının "neft kapitalının insan kapitalına" çevrilməsi siyasəti istiqamətində həyata keçirilən işlərdən danışan F.Muradov Azərbaycanda yüksək səviyyəli təhsil infrastrukturunun yaradıldığını və islahatların aparıldığını bildirmişdir.

Bernhard Shlte-Druqqeltenin ölkəsi haqqında məlumat verərək demişdir ki, Almaniya bugünkü iqtisadi qüdrətinə elm və texnikanı inkişaf etdirməklə nail olmuşdur. Müasir dünya durmadan inkişaf edir, bu inkişafdan geri qalmamaq üçün elmi biliklərin genişlənməsinə və insanların savadlanmasına çalışmaq lazımdır.

Azərbaycanlı gənclərlə görüşdüyünü xatırladan qonaq Bakıdakı ali məktəblərdə yüksək intellektli tələbələrin olduğunu nəzərə çatdırmışdır.

Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video