06:45 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
14:48 10.04.2021

 

Aprelin 3-11-də Rusiyanın paytaxtı Moskvada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar.

Kişilərin yarışında Əliş Nəzərov və Dadaş Dadaşbəyli 102 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. Əliş Nəzərov toplam 315 kiloqram (141+174) nəticə göstərib və 13-cü yeri tutub.

Dadaş Dadaşbəyli isə böyük uğur qazanıb. Atletimiz birdənqaldırma hərəkətində 177 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Təkanla qaldırmada 202 kiloqram nəticə göstərən idmançımız 7-ci olub. Ümumilikdə, 279 kiloqram (177+202) nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bundan əvvəl Boyanka Kostova birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb.

Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən B.Kostova yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM