19:29 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq  edilir

ANA SƏHİFƏ / ELANLAR
00:26 10.07.2021

 

 “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “yer-hava” sistemi üzrə məlumat ötürülməsinin təmin edilməsi üçün yeni ATC Data Link rəqəmsal həllinin tətbiqini başa çatdırmışdır.

AZANS regionda pilot və dispetçer arasında rabitəni (məlumat mübadiləsini) təmin etmək üçün nəzərdə tutulmuş D-ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyalardan istifadə edən ilk hava hərəkətini idarəetmə mərkəzi oldu.

Yeni həllər eyni zamanda meteoroloji məlumatların və digər vacib aviasiya məlumatlarının Azərbaycanın hava məkanından istifadə edən bütün aviaşirkətlərin hava gəmilərinə ötürülməsinə imkan verir.

Tətbiq olunan sistem vasitəsilə aviaşirkətlər həmçinin dünyanın istənilən nöqtəsində Azərbaycanın aviasiya məlumatlarını rəqəmsal formada tez bir zamanda əldə edə biləcəklər. Yuxarıda sadalanan rəqəmsal həllər inkişaf etmiş ölkələrin aeronaviqasiya sənayesində geniş tətbiq olunur və proseslərin avtomatlaşdırılması sayəsində hava məkanının buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır. Bu cür həllərin əhəmiyyətli üstünlüklərindən biri də insan amilinə görə baş verən səhvlərin minimallaşdırılmasıdır və bu səbəbdən də uçuşların təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Yeni texnologiyaların tətbiqi Avropa səmasında aeronaviqasiya xidmətlərini yaxşılaşdırmaq və hava axınlarını optimallaşdırmaq məqsədi daşıyan ICAO-nun qlobal GANP planı və Avropa baş planı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, sistem ICAO-nun standartlarına və Azərbaycanın mülki aviasiyası sahəsində tənzimləyici sənədlərə tam uyğundur.

“Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviqasiya” HHİ uçuşların təhlükəsizliyinin artırılmasına və yeni aviaşirkətlərin regiona cəlb edilməsinə yönəlmiş ən müasir həllərin qabaqcıl inteqratoru olmaqda davam edir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM