31 Iyul 2021 00:31
752
ELANLAR
A- A+

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir. AZAL-ın prezidenti Cahangir Əsgərov bütün uçuş heyətinə yüksək peşəkarlıq səviyyəsinə, məhsuldar əməyinə, təcrübəsinə, mülki aviasiyanın inkişafına verdiyi töhfəyə və bu sahənin bu gün və gələcəkdə bütün əhəmiyyətini dərk etdiyinə görə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin daimi dəstəyi və qayğısı sayəsində mümkün olub.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində - Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Bu gün Qarabağ səmasında, uzunmüddətli fasilədən sonra milli naviqasiya sistemlərinin radioçağırış siqnalları ötürülür. İlk olaraq bu siqnalları AZAL təyyarələri qəbul edib.

Tədbir zamanı azərbaycanlı pilotların hazırlığının və uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğu qeyd edilib. Xüsusilə AZAL prezidenti Embraer E-190 tipli təyyarə üçün son nəsil trenajorun Azərbaycan Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində tezliklə istifadəyə veriləcəyini bildirib. Bu kompleks, Airbus 319/320 və Boeing 757/767 tipli təyyarələrin mövcud uçuş simulyatorlarına əlavə olaraq, pilotların yüksək uçuş hazırlığı və ixtisasının artırılması üçün nəzərdə tutulmuşdur. Mərkəzdə təkcə Azərbaycanın deyil, həm də xarici aviaşirkətlərin pilotları uçuş hazırlığı və sertifikatlaşdırma keçir.

“Azərbaycanın mülki aviasiyası çoxillik təcrübəyə malikdir və biz bunu daim təkmilləşdiririk. Azərbaycanlı pilotların peşəkarlığının dünya aviatorlar birliyi tərəfindən təsdiq olunduğu təkzibedilməz faktdır. Bu gün uçuş heyətinin yüksək ustalığının təmin edilməsi üçün lazımi addımlar atılır”, - deyə AZAL-ın prezidenti qeyd edib. O, həmçinin bildirib ki, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin sərnişinlərin həyatı və sağlamlığının qorunmasının gücləndirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısının bütün uçuş heyəti COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunub.

Görüşdə pilotlar yeni inşa edilmiş ofisdə uçuş heyəti üçün yaradılan rahat şəraitə görə AZAL rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həqiqətən, son IOSA auditi (IATA OperationalSafety Audit) zamanı ekspertlər Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyəti üçün yaradılmış şəraitin ən ciddi beynəlxalq tələblərə uyğun olduğunu təsdiqləyiblər.

Uçuş heyətinin toplantısında kişi kollektivi ilə yanaşı, bu gün hava gəmilərində daxili və beynəlxalq sərnişin reysləri yerinə yetirən qadın pilotlar da iştirak ediblər.

“Öz peşəsinin vurğunu olan qadın pilotlar artıq bizim mehriban uçuş ailəmizin bir hissəsi olub. Sovet hakimiyyəti illərində Azərbaycanın mülki aviasiyasında artıq sərnişin təyyarələrini idarə edən qadın pilotlar mövcud idi. İlk azərbaycanlı təyyarəçi-qadın isə 1931-ci ilin iyulunda ilk uçuşunu həyata keçirən Leyla Məmmədbəyova olub”, - deyə Cahangir Əsgərov qeyd edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video