17:44 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb

ANA SƏHİFƏ / ELANLAR
00:26 27.07.2021

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür. Bu siqnalları ilk dəfə Azərbaycan milli daşıyıcısının (AZAL) təyyarələri qəbul edib.

İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli Beynəlxalq Hava Limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər.

Bu radioçağırış siqnalları qeydiyyata alınaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədi ilə Füzulidəki Beynəlxalq Hava Limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılmışdır.

Qeyd etməliyik ki, Azərbaycan ICAO-nun üzvüdür və beynəlxalq mülki aviasiya haqqında konvensiyaya uyğun olaraq (həmçinin “Çikaqo Konvensiyası” kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir.

Mülki aviasiya üçün əsas olan konvensiya dövlətin öz ərazisinin hava məkanı üzərində suverenliyini, habelə bu sənədin tələblərinə uyğun olaraq hər bir ölkə qarşısında hava məkanında beynəlxalq aeronaviqasiyanı təmin etmək öhdəliklərini müəyyən edir.

Azərbaycanın hava məkanında aeronaviqasiya xidmətini təmin etmək üçün Azərbaycanın uçuş məlumatları sahəsinin (UMS) sərhədləri ICAO Şurası tərəfindən müəyyən edilərək təsdiq olunmuşdur və ölkəmizin suveren sərhədlərinə tam uyğundur.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM