21 May 2021 14:53
1117
Səhiyyə
A- A+

Azad Kərimli: Azərbaycanda onkoloji xəstələrin müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir

 

Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı çoxalır. Əgər 2016-ci ilə olan məlumatlara görə, respublikada 43 min 927 onkoloji xəstə qeydiyyatda olmuşdusa, 2020-ci ildə bu göstərici 54 min 400 nəfərə çatıb. Lakin burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Xərçəng xəstəliyi hallarının artması prosesi praktiki olaraq ölkədəki əhali artımı ilə daban-dabana gedir. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda Səhiyyə Nazirliyinin baş mütəxəssisi, onkoloq Azad Kərimli deyib.

Onun sözlərinə görə, hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır: “Əgər 2016-ci ildə 17 min 166 nəfər 5 il və 5 ildən artıq yaşayanlar idisə, ötən il bu göstərici 19 min 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".

Jurnalistlərə açıqlamasında Azad Kərimli bildirib ki, xərçəngin hər növünün özünəməxsus gedişat və simptomları var: “Onkoloji xəstələrin müalicəsi 3 istiqamətdə - cərrahi, kimya-terapevtik və şüa müalicəsi şəklində aparılır. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Burada bütün müayinə-müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir. Müəyyən preparatlar var ki, onlar hələ proqrama daxil edilməyib. Gələcəkdə bunlar hamısı həll olunacaq. Eyni zamanda, xəstələrin vaxtında müraciət etməsi çox önəmlidir. Həkimə müraciət edərkən sağlamlığında olan problemləri düzgün çatdırmaq lazımdır ki, o, müvafiq qərar qəbul edə, xərçənglə digər xəstəliklər arasındakı differensasiyanı düzgün apara bilsin. Əgər bunlara tam riayət olunsa, xəstəyə vaxtında diaqnoz qoyulsa, onda müalicəni tam effektli aparmaq mümkündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video