24 Iyun 2012 12:06
334
Elm və texnika
A- A+

Avtomobillərdə hava yastıqlı yeni təhlükəsizlik kəmərləri tətbiq olunacaq

 

Almaniyanın Aaçen şəhərində fəaliyyət göstərən avtomobil konsernlərindən birinə məxsus araşdırma və texnologiya mərkəzində yeni nəsil təhlükəsizlik kəmərlərinin sınaq testləri sona çatdırılıb. Bu kəmərlər arxa oturacaq sərnişinləri üçün nəzərdə tutulub. Sistem uşaqların da təhlükəsizliyini təmin etməyə yarayacaq.

Yeni təhlükəsizlik kəmərləri görünüşü və istifadəsi baxımından adilərindən  çox da fərqlənmir. Tək özəlliyi üzərində əlavə hava yastığına malik olmasındadır. Toqquşma anında sistem 40 millisaniyə ərzində kəmərin hava yastığını xüsusi qazla doldurur - beləcə, perimetr boyu sərnişinin əza və orqanlarına yönələn güc səngiyir. Ekspertlərin bildirdiyinə görə, hava yastığı sayəsində təhlükəsizlik kəmərinin qoruma effektliyi 5 dəfə yüksəlir. Yeni kəmərlərdən istifadə ilə ənənəvi təhlükəsizliklə bərabər daxili orqanların və sümüklərin qorunmasına nail olunacaq.

Bu sistemin  gələn ildən avtomobillərdə (hələlik ancaq arxa oturacaqlarda) tətbiqinə başlanılacağı gözlənilir. Yeni kəmərin qiyməti 300 manatdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video