22:54 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avstriya bəstəkarının «Sehrli fleyta» operası Azərbaycan səhnəsində
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
04:10 26.10.2011

 

Azərbaycan Dövlət Opera və Balet Teatrı öz tamaşaçılarını dünyanın musiqi incəsənətinin ən parlaq nümunələri ilə tanış etməkdə davam edir. Teatr bu dəfə Avstriyanın məşhur bəstəkarı Volfqanq Amadey Motsartın dünya opera teatrlarının repertuarlarında özünə layiq yer tutan "Sehrli fleyta" operasını öz solistlərinin ifasında tamaşaya qoymuşdur. Musiqi materialı vokal baxımından mürəkkəb sayılan operanı dinləməyə gələnlər yenə də teatrdan məmnunluq hisləri ilə ayrıldılar. Çünki əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun  təfsirində Motsart musiqisi ürəyəyatan səsləndi, ifaçılar məharətlə çıxış etdilər.

Respublikanın əməkdar artisti İnarə Babayeva geniş diapazonlu soprano səsi və professional artistlik qabiliyyəti ilə dinləyiciləri məmnun qoydu. Bənzərsiz səs gücünə və təbii oyun tərzinə görə sevilən bas səsli Əli Əsgərov həmişəki kimi, bu dəfə də məharət göstərdi. Əməkdar artist Gülnaz İsmayılova Azərbaycanda nadir sayılan koloratur soprano səsi və mükəmməl ifa tərzi ilə seçildi. O, Gecələr şahzadəsi partiyasını yüksək peşəkarlıqla oxudu. Çətin stakkato ifası anları çox xoşagələn alındı.

Tural Ağasiyevin, bariton İlham Nəzərlinin, metso soprano Səbinə Əsədovanın və Səbinə Vahabzadənin ifaları tamaşaçılar tərəfindən yüksək dəyərləndirildi. Səhnəmizin istedadlı tenoru Fərid Əliyevin çıxışı ifa tərzinin mükəmməlliyi ilə qəlblərə hakim kəsildi. Yeri gəlmişkən, bu opera ilk dəfə 1791-ci ildə Vyana opera teatrlarının birində müəllifin dirijorluğu ilə həyata vəsiqə qazanmışdır. O vaxtdan da operasevərlərin qəlbini fəth etməkdədir.

Teatrın opera truppasında istedadlı ifaçıların çoxluğu sevindirici haldır. Bu olay istənilən musiqili əsəri uğurla tamaşaya qoymaq üçün yetərlidir. Operasevərlər yaxın gələcəkdə öz solistlərimizin gücü ilə dünya opera klassiklərinin bir çox əsərini - Cüzeppe Verdinin "Otello", Cakomo Puççininin böyük Nizami Gəncəvinin motivləri əsasında bəstələdiyi "Turandot" operasını  kənardan qastrolçu çağırmadan dinləmək imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, artıq tenor, soprano, bariton, kolaratur soprano opera teatrımızın gənclərdən ibarət geniş səs imkanlı  ifaçıları vardır.

 

Arif HÜSEYNOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM