20:18 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avrozona iqtisadiyyatı 2021-ci ilin əvvəlindən xeyli artmışdır

ANA SƏHİFƏ / DÜNYA
01:37 01.08.2021

 

Cari ilin ikinci rübündə avrozonanın iqtisadi artımı bir çox ekspertlərin gözləntilərini üstələyərək 2 faiz təşkil etmişdir. Bu barədə “Eurostat” Statistika İdarəsi məlumat verir.

Bildirilir ki, aprel-iyun aylarında ÜDM istehsalı Portuqaliyada 4,9, Avstriyada 4,3 və Latviyada  3,7 faiz artmışdır. Eyni zamanda iqtisadiyyatın ən az artımı isə Litvada (0,4 faiz) və Çexiyada (0,6 faiz) qeydə alınmışdır. “Röyter” agentliyinin xəbərinə görə, sorğuda iştirak etmiş ekspertlər avrozona iqtisadiyyatının artımını 1,5 faiz proqnozlaşdırmışdı.

İnflyasiyaya gəldikdə isə, son 12 ay ərzində onun avrozonadakı səviyyəsi 2,2 faiz olmuşdur. Bu, 2018-ci ilin payızından bəri maksimal göstəricidir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM