18 Aprel 2013 01:04
431
PARLAMENT
A- A+

Avropaya inteqrasiya xarici siyasətimizin prioritet istiqamətidir

 

Aprelin 17-də Milli Məclisin Sədri Oqtay Əsədov  Bakıda səfərdə olan Çexiya Respublikasının Deputatlar Palatasının sədrinin müavini Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya dostluq əlaqələri müzakirə olunub.

Oqtay Əsədov bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər ikitərəfli münasibətlərin, xüsusən də parlamentlərarası əlaqələrin daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan və  Çexiya Respublikası müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verirlər.

İki ölkə arasındakı əməkdaşlığa toxunan Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 610 milyon ABŞ dolları təşkil edib. 2011-ci illə müqayisədə bu rəqəm iki dəfə artıb. Bununla belə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün iqtisadiyyatın qeyri-neft sektorunda da geniş imkanlar var.

İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərin rolunu vurğulayan sədr deputatların müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmasını  yüksək dəyərləndirdi. Bildirdi ki, NATO-nun Sülh naminə tərəfdaşlıq proqramı, Avropa İttifaqının Şərq tərəfdaşlığı layihəsi Avropa ölkələri, o cümlədən Çexiya ilə əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Bu gün Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir - deyən Oqtay Əsədov bu cür yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı üçün daha geniş imkanlar yaradacağına inandığını bildirdi.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə fəaliyyətini xüsusi qeyd edən Oqtay Əsədov  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunub. Bildirib ki, bu münaqişə ilə bağlı bir sıra beynəlxalq təşkilatların məlum qətnamələri hələ də yerinə yetirilməmiş qalır. Təcavüzkar Ermənistan tərəfi hələ də torpaqlarımızı işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir. Azərbaycan isə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır.

Xocalı soyqırımının tanınması ilə bağlı Çexiya parlamentində görülən işləri yüksək dəyərləndirən Milli Məclisin Sədri Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələlərə həssas yanaşmanın vacibliyini qeyd edib.

Görüş üçün təşəkkürünü bildirən Yan Hamaçek  Azərbaycana səfərindən məmnun qaldığını ifadə edib. Azərbaycanın son illərdə sosial-iqtisadi sahədə əldə etdiyi uğurları təqdir edən Çexiya Respublikası parlamentinin sədr müavini  səfəri zamanı ölkəmizdə aparılan böyük tikinti-quruculuq işlərinin bir daha şahidi olduğunu bildirib. Qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə yaxşı töhfə verəcəyini xüsusi qeyd edib.  Bildirib ki, əsas məqsəd ölkələrimiz arasında əlaqələri hərtərəfli inkişaf etdirməkdir.

Sonda hər iki ölkənin parlamentindəki dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video