23 May 2021 00:17
3762
Elm və texnika
A- A+

Avropanın ilk dövləti

 

Qədim dünya tarixindən danışdıqda ilk ağla gələn dövlətlərdən biri Yunanıstan olur. Dünyanın ən qədim sivilizasiya məkanlarından biri olan Yunanıstan Afrikanın, Asiyanın və Avropanın kəsişmə nöqtəsində yerləşir.

Yunanıstan ən qədim insanların məskunlaşdığı ölkələrdən olub. Burada insanların məskunlaşma dövrü orta paleolitə aid edilir. Neolit dövründə Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olub oturaq həyat keçiriblər.

Yunanıstanın adı tarixə antik dövrə aid bir çox yeniliklərin səbəbkarı olmaqla yanaşı, Avropada ilk dövlətin yaradıldığı yer kimi düşüb. Avropanın ən qədim dövləti eramızdan əvvəl III-II minilliklərdə Yunanıstanın cənubundakı Krit adasında yaranıb. Krit padşahlığının özünün ticarət və hərbi donanma üçün xüsusi limanları, kritlilərin öz yazısı olub. Krit mədəniyyətinə Şərq mədəniyyətinin böyük təsiri  olub.

E.ə. II minilliyin ortalarında Kritə yaxın olan adalardan birində vulkan püskürməsinin baş verməsi nəticəsində Krit padşahlığı süqut edib.

E.ə. II minilliyin sonunda isə Yunanıstanda Peloponnes (Mora) yarımadasında Sparta şəhər dövləti yaranıb. Sparta Yunanıstanın Lakoniya yaxud Lakedemoniya adlanan vilayətinin əsas şəhəri idi. Buna görə də Sparta bəzən Lakoniya (yaxud Lakedemoniya), spartalılar isə lakoniyalılar adlanırdı. Spartalılar qısa və aydın danışırdılar. Müasir dövrdə istifadə etdiyimiz “lakonik” sözünün kökü qədim spartalıların sözlərə qənaət etməsi faktına dayanır.

Spartalılar ancaq hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün günü hərbi işlə məşğul olurdular. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində Afinaya qalib gəlib bütün Yunanıstana hakim olmuşdu.

Qədim Yunanıstanın dəqiq olaraq nə zaman formalaşdığı tarix məlum deyil. Roma imperiyasından əvvəlki zamanlarda da Yunanıstan ərazisində inkişaf etmiş sivilizasiyanın olduğu məlumdur. Qədim Yunanıstan tarixinin ilk dövrü ''Yunan qaranlıq erası'' adlanır. Bu dövr təxminən 300 il davam edib. Eramızdan əvvəl 1100-cü ildə başlayan ''Yunan qaranlıq erası'' 800-cü ildə yekunlaşır.

E.ə təqribən 700-cü ildə əhali ümumi adla-ellinlər, ölkə isə Ellada adlandı. Sonra yunanlar Qara dəniz və Aralıq dənizi sahillərində məskən saldılar.

E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Bizans imperiyası və ya yunan imperiyası Roma imperiyasının 395-ci ildə şərq və qərb hissələrinə parçalanması ilə meydana gəlib. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-Roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi.

Günümüzdəki müasir Yunanıstan 1821-ci ildə Mora yarımadası və Afinadan ibarət kiçik bir bölgədə Yunan Krallığı adı altında quruldu.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video