10 Oktyabr 2021 00:22
392
DÜNYA
A- A+

Avropada qazın qiyməti qəfil ucuzlaşdı

 

Səbəb Vladimir Putinin təklifi oldu

 

Çərşənbə günü Avropada qazın fyuçers qiymətləri 1000 kubmetrə görə rekord həddə - 1937 dollara çatmışdı.

Lakin Rusiya Prezidenti Vladimir Putinin “Qazprom”a qazın Avropa bazarına təklifin artırılması haqda düşünməyi tövsiyə etməsi vəziyyəti kəskin şəkildə dəyişdi və qiymət sürətlə endi. Hazırda 1000 kubmetr qazın qiyməti 1000-1200 dollar civarında dəyişir.

Xatırladaq ki, sentyabrın 28-də Avropada qazın qiyməti tarixi rekord həddə çataraq ilk dəfə olaraq 1000 dollara çatmışdı. O zamandan bəri qiymətlər sürətlə artmaqda davam edirdi.

“Blumberg” agentliyi və “Financial Times” qəzeti yazırlar ki, V.Putinin Rusiyanın Avropaya qaz tədarükü üzrə müqavilə öhdəliklərini aşa biləcəyi haqqında dedikləri bazarları, necə deyərlər, sərinlədib. RF Baş nazirinin müavini Aleksandr Novak Prezidentin keçirdiyi müşavirədə bildirib ki, qazın birja qiymətləri real vəziyyəti əks etdirmir, çünki burada “spekulyativ yanaşma” var. Putin isə qeyd etdiyimiz kimi, “Qazprom”u “bazarda təklifin artırılması haqda düşünməyə” çağırıb. “Amma bunu səliqəli etmək lazımdır. “Qazprom”la hesablayın, danışın. Mən sizinlə razıyam. Çünki məlum olduğu kimi, bu cür alverçi ajiotajların arxasında digər xoşagəlməz hadisələr baş verir”, - deyə Rusiya Prezidenti qazın qiymətinin rekord həddə çatmasına münasibət bildirib.

RF Prezident, həmçinin “Qazprom”a Ukrayna ərazisindən Rusiya qazının tranziti ilə bağlı bütün müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etməyi tapşırıb. Bildirib ki, “Rusiya-Ukrayna münasibətləri ilə bağlı bütün məqamlara baxmayaraq, Ukrayna da daxil olmaqla, heç kimi çətin vəziyyətə salmaq lazım deyil”.

V.Putinin bu qərarından sonra Avropada qazın fyuçers qiymətləri 600 dollardan çox ucuzlaşıb. “Blumberg” xəbər verir ki, Rusiya Prezidenti bazarı sabitləşdirməyi təklif etdiyinə görə qazın qiymətləri 60 faiz artımdan sonra aşağı düşməyə başlayıb.

“Hargreaves Lansdown” maliyyə servisi şirkətinin investisiya və bazarlar üzrə baş analitiki Süzanna Striter vəziyyəti belə şərh edir: “Putinin verdiyi vədlər, maliyyə bazarlarında artan qiymətlər fırtınasını sakitləşdirməyə kömək edəndə aydın olur ki, investorlar yaxşı xəbərlərə böyük ehtiyac duyur”.

“Röyter” agentliyinin xəbərinə görə, Avropanın ən iri qaz şirkətləri bildirirlər ki, qitədə ən iri qaz tədarükçüsü olan “Qazprom” özünün uzunmüddətli müqavilələrini yerinə yetirir. Lakin bəzi Avropa siyasətçiləri ajiotaj tələbatın yaradılması üçün tədarükün azaldılmasında birbaşa Rusiyanı günahlandırırdılar. Putin isə hesab edir ki, qiymətlərin qalxmasında Avropa Komissiyası günahkardır, çünki o, uzunmüddətli müqavilələrin bağlanmasından imtina etməyə və birjada qaz ticarətinə keçməyə çalışırdı. “Bu gün tamamilə aydın oldu ki, bu siyasət yanlışdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Hazırda”Qazprom” Avropanın qaza olan tələbatının 35 faizini təmin edir. Ötən ayın 10-da Avropaya qaz nəqlinin gerçəkləşdirilməsi üçün “Qazprom”un ən iri layihəsi olan “Şimal axını - 2” boru kəmərinin tikintisi rəsmən başa çatıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video