20 Aprel 2021 18:45
616
SİYASƏT
A- A+

Avropa Şurasının Baş katibi: Qarabağda müharibənin dayandırılmasına dair Bəyanatı alqışlayırıq

 

Həmişə ailəmizin 47 üzvündən və ya üzvü ilə danışmağa, bəzən hər ikisinə ehtiyac olur. Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dialoq yaratmaq çox vacibdir. Münaqişənin həlli istiqamətində əlimizdən gələni etdik. Ötən ilin noyabrında imzalanan Qarabağda müharibənin dayandırılmasına dair sülh Bəyanatını alqışlayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib.

Baş katib bildirib: “Atəşkəs əldə ediləndən sonra rəsmi Bakı və Yerevan ilə dialoq qurmağa nail olduq. Atəşkəs qüvvəyə mindikdən sonra əsas məsələ Bəyanata riayət olunması və yekun sülh sazişi üzərində işləməkdir. Ancaq yekun sülh üçün tərəflər arasında etimadın yaranması ən vacib məsələdir. Təəssüf ki, bir sıra aqressiv çıxışlar və insidentlər bu prosesə mənfi təsir göstərir”.

Mariya Peyçinoviç-Buriç vurğulayıb ki, davamlı sülhün əldə olunması üçün onların hər iki tərəf üçün təklifləri hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video