16:07 22 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
17:35 02.08.2021

 

UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin AEL–“Qarabağ” matçının qalibinin pley-off mərhələsində üz-üzə gələcəyi rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda, “Breydablik” (İslandiya) - “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

AEL–“Qarabağ” qarşılaşmasını İsveçdən olan hakimlər briqadası idarə edəcək. Qlen Nyberq matçın baş hakimi olacaq. Mahmud Beigi və Andreas Söderqvist isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Boyan Pandjiç yerinə yetirəcək. Oyun avqustun 5-də Kiprdə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM