20:08 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxıda bir sıra layihələrin təqdimatında iştirak edib
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:30 18.07.2021

 

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxı Cümə məscidi ilə tanışlıqdan sonra bir sıra layihələrin təqdimatında iştirak edib, eyni zamanda, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti üçün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın imkanları barədə təqdimat keçirilib.

Məlumat verilib ki, müasir infrastrukturu, yükaşırma qabiliyyəti və yerləşmə mövqeyinə görə Bakı limanı Avropa və Asiya arasında vacib nəqliyyat məntəqəsi rolunu oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və təşviqində mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, liman Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir və 2016-cı ildən bu günədək müxtəlif layihələr icra olunub. Bu çərçivədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, limanda regional təlim mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi aparılmaqdadır. “Yaşıl Liman” və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyü, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib.

x x x

Sonra İpək Yolu və Ələt Azad İqtisadi Zonası haqqında təqdimat olub. Təqdimat zamanı məlumat verilib ki, ötən ay təməli qoyulan, ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.

Bildirilib ki, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

x x x

Daha sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Böyük Qafqaz Dağlıq Ərazilərində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin təqdimatı olub. Qonağa məlumat verilib ki, Azərbaycan Turizm Bürosu ilə birgə "Slow Food" tərəfindən həyata keçirilən layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regiona daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir. "Slow Food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır. Layihənin əsas məqsədi yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılması, qastronomiya və mədəni irsi dəyərləndirməklə Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpasına və rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.

Təqdimatdan sonra məhsulların dequstasiyası olub.

x x x

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxının Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin fəaliyyəti ilə də tanış olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov qonağa məlumat verib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub.

Zavodun inşası tarixini əks etdirən stendə baxış zamanı qeyd edilib ki, müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu hədəflərdəndir.

Qonaq müəssisədə istehsal olunan şərabın dadına baxıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM