10:33 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa Dərman Agentliyi peyvəndlərin patent hüququnun ləğvinə qarşıdır
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:46 11.05.2021

Koronavirusa qarşı peyvənd preparatlarının əqli mülkiyyət hüququnun ləğv edilməsi və patentdən azad peyvəndlərin kütləvi istehsalı sayəsində dünyada peyvənd çatışmazlığının aradan qaldırılmasına dair debatlar uzun müddətdən bəri davam edir.

AZƏRTAC xəbər verir ki, Avropa Dərman Agentliyi (EMA) də bu məsələdə öz mövqeyini açıqlayıb. Qurumun rəhbəri Emer Kuk bu ideyaya qarşı çıxıb və patentlərin ləğv edilməsinin hazırkı peyvənd çatışmazlığı problemini aradan qaldırmadığını bildirib. Eyni zamanda qeyd edilib ki, əqli mülkiyyət hüququnun dondurulması və ya ləğvi vaksinləri meydana çıxaran innovasiyalar mühiti üçün gələcəkdə zərərli ola bilər.

E.Kuk bildirib ki, hazırda istehsalatın artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bütün digər vasitələrdən yararlanmaq daha yaxşı olardı. Bununla da ABŞ Prezidenti Cozef Baydenin bu yaxınlarda peyvəndlər üzərindəki patent hüququnun ləğvinə dair başlatdığı diskussiyaya Avropa ölkələrinin mövqeyi aydın olub.

Avropa Dərman Agentliyinin rəhbəri, eyni zamanda, pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və peyvənd olunmuş şəxslərə tam sərbəst hərəkət imkanı verilməsinə də ehtiyatla yanaşmağın tərəfdarıdır. O bildirib ki, peyvəndin hər iki komponenti vurulmuş şəxslərə sərbəst hərəkət edə biləcəyini söyləmək asan deyil. Əgər koronavirus pandemiyanın əvvəlində ciddiyə alınsaydı, hazırda dünyada bəlkə də başqa vəziyyət hökm sürərdi: “Ona görə də mən istəməzdim ki, biz eyni səhvləri yenidən təkrarlayaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM