22:12 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

"Avro-2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri bu gündə satışa çıxarılıb
ANA SƏHİFƏ / İDMAN
12:56 15.05.2021

 

Futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri mayın 15-dən satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Biletləri M.Rəsulzadə 3, Bülbül prospekti, Nizami küçəsi və Üzeyir Hacıbəyli küçəsi 69 x ünvanlarındakı köşklərdən, 1, 2 və 3 saylı "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.

Biletlərin qiyməti birinci kateqoriya üzrə 250, ikinci kateqoriya üzrə 150, üçüncü kateqoriya üzrə isə 60 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.

"Avro-2020" ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləmək mümkündür. IOS istifadəçiləri https://apps.apple.com/az/app/, android istifadəçiləri isə https://play.google.com/store/apps/. linkindən istifadə etməklə tətbiqi yükləyə bilərlər.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır.

Ötən gün Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edirlər. Mahnı "We are the people" adlanır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM