16:36 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Avro-2020”də ilk baş məşqçi ayrılığı

ANA SƏHİFƏ / İDMAN
01:35 23.06.2021

 

“Avro-2020”nin iştirakçılarından Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski vəzifəsindən ayrılacaq. Bu barədə mütəxəssis özü açıqlama verib.

O, iyulun 31-də başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirib: “Bu komandaya Avropa çempionatında rəhbərlik etmək mənim üçün şərəf idi. Daha yaxşı çıxış etmək istəyirdik. Lakin üzülməyə də dəyməz. Çünki bu, bizim böyük turnirlərdə debütümüz idi. Mən futbolçulara səylərinə görə yalnız təşəkkür edə bilərəm. Onu da demək istəyirəm ki, iyulun 31-də başa çatacaq müqaviləm bitəndə yığmadan gedəcəyəm”.

Qeyd edək ki, Şimali Makedoniya millisi tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazansa da, qrup mərhələsində 3 görüşün hər birində uduzub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM