15:48 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsinə vəsiqə qazanıblar
ANA SƏHİFƏ / İDMAN
09:49 24.06.2021

 

Bu gün futbol üzrə “Avro-2020”nin səkkizdəbir final mərhələsinə vəsiqə qazanan daha iki komandanın sahibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gəlib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda İsveç seçməsi Polşa yığmasını 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra 7 xalla E qrupunu lider kimi başa vuran İsveç millisi Avropa çempionatının pley-off mərhələsinə vəsiqəsini rəsimləşdirib.

Polşa isə bir xalla dördüncü yerdə qərarlaşıb.

Bu qrupun digər görüşü Sevilyadakı “Estadio La Cartuja” stadionunda keçirilib. Slovakiya - İspaniya üz-üzə gəlib.

Üç xalla ikinci sırada olan Slovakiya millisi iki xala sahib ispanlarla sonuncu görüşdə böyük hesabla məğlub olub - 5:0. Bu nəticədən sonra İspaniya millisi E qrupunu ikinci yerdə başa vurub, Slovakiya isə üç xalla üçüncü yerdə qərarlaşıb. Həmçinin yeni reqlamentə görə Slovakiya millisi üçün Avropa çempionatında mübarizə dayanmayıb. Slovakiyalılar ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Qeyd edək ki, saat 23:00-da start götürəcək Almaniya - Macarıstan və Portuqaliya - Fransa oyununda sonra Avropa çempionatının qrup mərhələsinə yekun vurulacaq. Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM