06 Oktyabr 2011 07:10
510
SİYASƏT
A- A+

ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaqdır

 

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat Assambleyanın payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-dan 11-dək Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaqdır.

Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar  Vəliyev və Azay Quliyev daxildirlər.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada "ATƏT-in münaqişələrin həllində rolu: Dağlıq Qarabağ" mövzusunda xüsusi təqdimat keçiriləcək, münaqişə barədə təşkilatın Parlament Assambleyasında ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin məruzələri dinləniləcək, məruzələr ətrafında müzakirələr aparılacaqdır.

Sessiyada həmçinin Cənub-Şərqi Avropa regionunun inkişafı, bu regionun ölkələri arasında iqtisadi əməkdaşlıq, onların Avratlantik məkana inteqrasiyası, Aralıq dənizi bölgəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi və digər məsələlərə də baxılacaqdır.

İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video