26 Yanvar 2021 22:34
586
SİYASƏT
A- A+

ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır

 

Yanvarın 26-da ATƏT PA-nın onlayn Büro iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda bir çox məsələlərlə yanaşı, qurumun fevralda Vyanada keçiriləcək qış sessiyasına hazırlıq işləri müzakirə edilib, qurumun yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin və digər çağırışların həlli ilə bağlı məruzəsi dinlənilib.

İclasda çıxış edən ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ və Minsk qrupu ilə bağlı qaldırılan suallara aydınlıq gətirib. Dövlətimizin qəti mövqeyini ifadə edən Azay Quliyev bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə artıq mövcud deyil və bu termin tarixdə qalıb. Bundan sonra ATƏT və onun institutları bu termini “diriltmək” əvəzinə, Ermənistan ilə Azərbaycan arasında daimi sülhün əldə olunmasına çalışsalar yaxşı olar.

ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna toxunan deputat qeyd edib ki, bu qurum mövcud olduğu 28 ildə münaqişənin həlli ilə bağlı heç bir uğura nail ola bilmədi. Azərbaycan öz ərazi bütövlüyünü təkbaşına bərpa etdi. Həm 2020-ci il noyabrın 10-da, həm də 2021-ci il yanvarın 11-də üçtərəfli formatda qəbul olunan bəyanatların heç birində Minsk qrupunun rolu olmayıb. Bu bəyanatlar regionda davamlı sülhün və təhlükəsizliyin əldə olunması, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması üçün yeni imkanlar yaradır. ATƏT-in Minsk qrupunun hazırladığı əvvəlki həll variantları öz aktuallığını itirib. Buna görə də həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır.

ATƏT PA-nın vitse-prezidenti onu da vurğulayıb ki, əgər Minsk üçlüyü bir yerdə nəsə etmək istəyirsə, o zaman Ermənistanı regionda sülhə əməl etmək və qonşuları ilə dinc yanaşı yaşamaq üçün müvafiq addımlar atmağa sövq etsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video