27 Noyabr 2011 12:11
453
Mədəniyyət
A- A+

«Atəşgah» tarix-mədəniyyət abidəsi sığortalandı

 

Tarixi, milli mədəni sərvətlərdən olan abidələrin qorunması istiqamətində dövlət əhəmiyyətli tədbirlərin son illər sayı xeyli artıb. Ölkəmizdə fəaliyyətdə olan qeyri-hökumət təşkilatları da bu  yönümdə bir sıra layihələrin müəllifinə çevrilib. Heydər Əliyev Fondunun bu istiqamətdə təşəbbüsləri və həyata keçirdiyi  çoxsaylı layihələr nəticəsində bərpa olunmaqla yeni həyat bəxş edilən mədəni sərvətlərimizdən biri də "Atəşgah" məbədidir.

Bir sıra  tarixi mənbələrdə Atəşgah  Abşeron yarımadasında əbədi odların yandığı yer kimi göstərilir. O, XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Kompleksə daxil olan  tövlə eramızın 1713-cü ilinə aiddir. Mərkəzi məbəd - səcdəgah isə 1810-cu ildə tacir Kanzanaqaranın vəsaiti ilə tikilmişdir.

Belə tarixi abidələrin UNESKO-nun mədəni irs siyahısına daxil edilməsi onlara beynəlxalq marağın artması ilə yanaşı, həmçinin ömürlərinin uzadılması deməkdir.

Bu günlərdə "Atəşgah"ın onun adını daşıyan  təşkilat tərəfindən sığortalanması da məhz bu amillə bağlıdır. Məbədin "Atəşgah" sığorta şirkəti tərəfindən sığortalanması ilə əlaqədar keçirilən mərasimdə mədəniyyət nazirinin müavini Vaqif Əliyev son illər beynəlxalq  aləmdə Azərbaycan mədəniyyətinin daha geniş auditoriyalarda tanıdılması və təbliğinin vacibliyi barədə söz açaraq bildirmişdir ki, bu tipli tədbirlər ölkə başçısının daim diqqət mərkəzindədir: "Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Bu işlərin nəticəsidir ki, bir sıra abidələrimiz UNESKO-nun mədəni irs siyahısına daxil edilib. "Atəşgah" məbədinin sığortalanması Azərbaycan abidələrinin qorunmasına göstərilən diqqəti bir daha beynəlxalq aləmə nümayiş etdirəcək. Ona görə də bu tədbiri tarixi hadisə kimi dəyərləndirmək olar".

Xatırlatmaq yerinə düşərdi ki, dörd il əvvəl "Atəşgah" qoruğunun təmir və bərpası üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi sərəncam imzalanmışdır. Bu da müstəqillik illərində mədəni irsə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. "Atəşgah"ın ətrafında aparılan abadlıq-quruculuq işləri nəticəsində bura əsl ziyarətgaha çevrilmişdir. Bu tarixi abidənin sığortalanması isə Azərbaycanın mədəni həyatında atılmış önəmli addımlardan biridir və belə layihələrin davamlı şəkildə həyata keçirilməsi tarixin bərpası baxımından olduqca vacib və zəruridir.

Tədbirdə çıxış edən "Atəşgah" sığorta şirkəti idarə heyətinin sədr müavini Əkbər Mədətli təmsil etdiyi qurumun  cəmiyyətdə öz yenilikləri ilə seçilməsi barədə söz açaraq bildirmişdir ki, 15 illik fəaliyyəti dövründə adıçəkilən təşkilat ölkə həyatında ilk dəfədir ki, tarixi abidəni sığortalayır və mədəniyyətimizə bundan sonra da öz töhfəsini verəcəkdir:  "Sığorta qrupunun adı onun xalqımızın tarixi və mədəni dəyərlərinə bağlılığından, qədim adət-ənənələrimizə ehtiramdan xəbər verir. Bildiyiniz kimi, dünya təcrübəsində sığorta şirkətlərinin tarixi-mədəni abidələri sığortalamaq təcrübəsi var. Biz bu yöndə ilk təşəbbüsü göstərərək digər şirkətləri də belə addımlar atmağa çağırırıq".

 Tədbirdə o da qeyd edilmişdir ki, yenilikçi ənənəsinə sadiq qalan "Atəşgah" sığorta şirkəti hər zaman cəmiyyətə, onun gələcəyinə fayda verməyə çalışıb.

 

M.SADIQZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video