18 Iyul 2021 01:46
3507
Elm və texnika
A- A+

At südünün inanılmaz faydaları

 

İnsanlar xüsusi şəkildə qıcqırdılmış at südünü də içirlər. Qımız adlandırılan bu süd  XIX əsrin birinci yarısından müalicə məqsədilə geniş şəkildə istifadə edilir.

Hələ həmin dövrlərdə onun müalicəvi xassələri haqqında xəbər Rusiya ərazisində sürətlə  yayılır,  Ufa və Samara quberniyalarına müalicə üçün böyük xəstə axını baş verir.

1858-ci ildə Rusiyada ilk dəfə olaraq qımızla müalicəxana təşkil olunub. Bu qiymətli qidalandırıcı içki sağlam insanlara da faydalıdır. Qımız haqqında məşhur rus yazıçısı Sergey Timofeyeviç Aksakov “Ailə xronikası”nda belə yazırdı: “İçə bilən hər kəs, südəmər körpədən əldən düşmüş qocaya qədər hamı müalicəvi, xeyirli, qüvvətli içkini içir. Sərt qışın və hətta qocalığın bütün xəstəlikləri möcüzəli şəkildə yoxa çıxır: arıqlayan sifətlər dolğunlaşır, solğun, çökmüş yanaqlar sağlam qızartı ilə örtülür...”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video