27 Dekabr 2011 02:12
317
CƏMİYYƏT
A- A+

ASK-nın nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak etmişdir

 

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-17 dekabr  2011-ci il tarixdə bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər.

İlk tədbir Moskva şəhərində keçirilmişdir. ASK-ı prezidentinin Şura sədrinin müavini olduğu Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin (ASK konqresin üzvüdür) iclasında Konqresin 6 oktyabr   2011-ci il tarixdə Bakı şəhərində keçirilmiş Şura iclasının və beynəlxalq konfransın yekunları müzakirə olunmuş, bu tədbirlərə ev sahibliyi  etmiş Azərbaycan  Sahibkarlar  Konfederasiyasına  yüksək  qiymət  verilərək təşkilatı işlərə görə Azərbaycan tərəfinə minnətdarlıq edilmişdi.

Rəyasət Heyətində SSBK-nın strukturunun modernləşdirilməsi, Konqresin, onun üzv və tərəfdaşlarının layihə və proqramlarının həyata keçirilməsində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və 2012-ci ildə Konqresin fəaliyyətinin əsas istiqamətləri haqqında məsələlər müzakirə olunmuşdur.

Konqresin iclasında ASK prezidenti Məmməd Musayev çıxış etmişdir.

Konqresin 20 illiyi ilə əlaqədar yubiley tədbirlərinin və Konqresin növbəti Şura iclasının fevral ayının 8-də Moskva şəhərində keçirilməsi qərara alınmışdır.

Qara dəniz Əməkdaşlıq Təşkilatının biznes Şurasında Azərbaycanı ASK təmsil etdiyi üçün nümayəndə heyəti Şuraya sədrlik dövründə Rusiya Federasiyası komitəsinin təşkil etdiyi "Qara-Dəniz 2011 - İnnovasiya və investisiya layihələrinin nümayişi" mövzusunda sərginin açılışında və təşkilatın biznes Şurasının 41-ci iclasında da iştirak etmişdir.

İclasda katibliyin hesabatı dinlənilmiş, bir sıra təşkilatı məsələlər müzakirə olunmuşdur. Biznes Şurasının və onun Katibliyinin işinin canlandırılması yönümündə geniş müzakirələr aparılaraq yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şuraya sədrlik növbəti altı ay müddətinə Serbiya Respublikasına keçmişdir.

Serbiya tərəfdən Şuranın təmsilçisi - Ticarət Sənaye Palatasının rəhbəri sədrlik dövründə görüləcək işlər barədə geniş məlumat vermişdir.

ASK-nın prezidenti iclasda çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafından yeni investisiya imkanlarından danışaraq, qurumun işinin canlandırılması üçün bir sıra təkliflər irəli sürmüşdür.

Tədbir çərçivəsində Rusiya xarici işlər nazirinin  birinci müavini A.İ. Denisovla görüş keçirilmiş, Rusiya və Azərbaycan sahibkarları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

***

ASK-nın nümayəndə heyəti Ukrayna Sənayeçilər və Sahibkarlar İttifaqının dəvəti ilə Kiyev şəhərində bu qurumun qurultayında iştirak etmişdir. İttifaqın prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin  birinci vitse-prezidenti, Ukrayna Parlamentinin  üzvü  Anatoli Kinax hesabat məruzəsi etmiş, tədbirdə iştirak edən nümayəndələrə, o cümlədən Azərbaycan  təmsilçilərinə  onların dəvətini qəbul etdiklərinə görə minnətdarlıq etmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə birlikdə Ukraynada yaşayıb işləyən bir qrup iş adamı da iştirak etmişdir. Onlarla görüşlər kecirilmiş, Ukraynada  yaşayan iş adamları birliyinin  yaradılması və digər məsələlər müzakirə olunmuşdu.

***

ASK-nın nümayəndə heyəti Polşa İşəgötürənlər Konfederasiyasının dəvəti ilə iki gün ərzində Polşa Respublikasında da olmuşdur.

Azərbaycan nümayəndə heyəti əvvəlcə Polşa İşəgötürənlər Konfederasiyasının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdir.

Tədbirdə Polşa İşəgötürənlər  Konfederasiyasının üzvü olan qabaqcıl müəssisə rəhbərlərinə Polşa Prezidentinin fərmanı ilə bir sıra orden və medallar, konfederasiyanın fərqləndirici nişanları təqdim olunmuşdur.

Tədbirdə Azərbaycanın Polşa Respublikasındakı səfiri Həsən Həsənov da iştirak etmişdir.

İkinci gün Avropa İttifaqına Polşanın sədrliyi dövründə Polşa İşəgötürənlər Konfederasiyasının ev sahibliyi ilə  Şərq tərəfdaşlığı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Konfransda Avropa İttifaqının bir qrup struktur rəhbərləri, ekspertlər, institut rəhbərləri iştirak və çıxış etmişlər. Şərq tərəfdaşları olan ölkələrin nümayəndələri,  o cümlədən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev çıxış etmişdir.

Tədbirdə Avropa İttifaqının iqtisadiyyatın inkişafına köməyi,  Şərq tərəfdaşlığı və onun Avropa İttifaqının möhkəmləndirilməsi və genişləndirilməsində əhəmiyyəti, ayrı-ayrı ölkələrdə inkişaf, Avropa Birliyi və birliyə daxil olan ölkələrlə qarşılıqlı əlaqə və digər məsələlər ətraflı müzakirə olunmuşdur.

Sonda konfrans adından birgə bəyanat qəbul olunmuşdur.

ASK-nın prezidenti  etdiyi çıxışlarda və keçirdiyi görüşlərdə inkişaf edən Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış münbit investisiya mühiti barədə geniş məlumat verərək, iş adamlarını qarşılıqlı faydalı əməkdaşlığa dəvət etmişdir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video