04 Mart 2021 00:30
912
ELANLAR
A- A+

“ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti elektron açıq tender elan edir

 

Tender 1 LOT üzrə keçirilir: LOT üzrə iştirak haqqı 100 (bir yüz) manat.

LOT-1:  Qoyma içlik

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu e-tender.gov.az  Portalından əldə edə bilərlər.

 

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Binəqədi filialı

SWIFT Code: IBAZAZ2X

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

Kod: 805584

Bankın VÖEN-i: 9900001881

Alan: “ASK Ayaqqabı Fabriki” MMC

Alanın hesabı: H/H AZ11IBAZ40040019446118105202

VÖEN: 2004900751

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ən azı 1 (bir) faizi həcmində bank təminatını təsdiq edən sənəd (bank təminatı zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- iddiaçının son bir il ərzində (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- malların təchizatı sahəsində təcrübəsinə dair analoji işlər;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (AR Dövlət Statistika Komitəsindən arayış).

İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa, nəqliyyat, vergi, sığorta və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 06 aprel 2021-ci il saat 14:00-a qədər, bank zəmanəti və tender təklifini isə 14 aprel 2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təklifləri 15 aprel 2021-ci il  saat 14:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “ASK Ayaqqabı Fabriki” MMC-nin əməkdaşı Səbinə Xanəhmədova (tel: +994 412-46-26, daxili 26) ilə əlaqə saxlamaq mümkündür.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video