12 Iyun 2013 02:06
391
PARLAMENT
A- A+

AŞ PA Azərbaycan ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır

 

İyunun 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri  Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrini Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirən S.Seyidov demişdir ki, rəsmi Bakı Avropa strukturları ilə əməkdaşlığa xüsusi önəm verir və bu səfər əlaqələrin daha da inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Bildirilmişdir ki, Azərbaycan AŞ PA qarşısında üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmişdir. Bəzi texniki məsələlər həll olunduqdan sonra öhdəliklərin qalan cüzi hissəsi də yerinə yetiriləcəkdir. Azərbaycan Avropaya inteqrasiya olunmaq istiqamətində siyasət yürüdür və ölkə daxilində demokratik proseslərin inkişafına çalışır.  

Pedro Aqramunt Font de Mora nəzərə çatdırmışdır ki, Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir və AŞ PA Azərbaycan ilə əməkdaşlığını davam etdirməkdə maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video