31 Oktyabr 2014 12:10
598
Oxucu məktubları
A- A+

Arzumuz çin oldu

 

Yaşım 70-i haqlayıb. Ömrümün bir neçə ilini çıxmaqla yerdə qalan bütün hissəsini kəndimizdə keçirmişəm. Yaşadığım Üçgün kəndi Qubanın ən səfalı yerlərindəndir.

Sovet dövründən qalma problemlərdən biri də Quba-Küpçal-Küsnət avtomobil yolu idi. İllər boyu kəndimizə abad yol çəkilməsi arzusunda olmuşuq. Rayon mərkəzində qohum-əqrəbanın toylarına, dəfn mərasimlərinə qışda, yağışlı günlərdə gedib-gəlməkdə çətinlik çəkmişik. Açıq etiraf edim ki, gənclərimizin çoxu elə bu yol dərdindən kəndi tərk edərək digər yaşayış məntəqələrinə köçürdü.

Eşidəndə ki, ölkə rəhbəri bizim kəndə yol çəkilməsi üçün xüsusi fərman imzalayıb, inanın, sevincimizin həddi-hüdudu olmadı. Axı 70 il sovet hökumətinin görə bilmədiyi iş bu gün reallığa çevrilib. Quba-Küpçal-Küsnət avtomobil yolu təkcə qələdüzlülərin, küpçallıların, üçgünlülərin, qımıllıların, küsnətlilərin deyil, bizim tərəflərə yolu düşən hər kəsin rahatlığına xidmət edəcək.

Hazırda kəndimizə hər gün onlarca maşın gəlir, rayon mərkəzindən kəndə avtobus marşrutu işləyir. Daha nə yoldan narazılıq edən var, nə də maşınların sınmasından gileylənən. Bizim də canımız dincəlib, avtomobil sürücülərinin də.

 

Cəfər SƏLİMOV,

Üçgün kənd sakini,

Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video