16 Sentyabr 2019 12:34
2748
Səhiyyə
A- A+

Arterial təzyiqin ölçülmə qaydası


Arterial təzyiqi ölçən tanometr aparatı hipertoniyanın aşkar edilməsinə kömək edir. Həmin aparatdan düzgün istifadə etməyin qaydası var.

Hipertoniyadan əziyyət çəkənlərin çoxunun evində təzyiqi ölçən aparata rast gəlmək olar. Amma onun dəqiqliyi, elektron və mexaniki aparatlar arasındakı müqayisələr çoxlarını narahat edir. Göstəricilərin bir-birindən fərqli olması xəstəni və həkimi çaşdıra, dəqiq diaqnoz qoymaqda çətinlik yarada bilər.

Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova AZƏRTAC-a deyib: "Hazırda manjetli və üzərində əqrəbləri olan tanometrlərdən istifadə edilir. Klassik aparatların həssaslığı daha yüksəkdir və doğru rəqəmləri almaqda həkimə kömək edir. Lakin ən mühüm məsələlərdən biri də təzyiqin düzgün ölçülməsidir. Son vaxtlar geniş yayılmış elektron cihazlardan da istifadə olunur. Bəzən onun göstəricilərinin doğru olub-olmadığı ilə bağlı şübhələr yaranır, lakin kiçik rəqəm fərqlərinin olması təşviş yaratmamalıdır”.

Mütəxəssislərin fikrincə, klassik tanometrlər daha dəqiq və etibarlıdır. Aparatdan düzgün istifadə edilməsi üçün bəzi qaydalara əməl etmək lazımdır. Məsələn, əl-qolun hərəkəti, manjetin bərkidilməsi təzyiqi ölçən zaman rəqəmə öz təsirini göstərir. Odur ki, aparatdan istifadə qaydalarına düzgün əməl olunmaldıır. İlk növbədə qolu bərk, hamar səthə qoymaq lazımdır. Manjet geyim üzərindən bağlanılmamalıdır. Təzyiqi iki dəfə ölçmək lazımdır və onların arasında 7 dəqiqə fasilə verilməlidir. Bu, əzələ və damarların əvvəlki vəziyyətinə qayıtması üçün tələb olunan vaxtdır.

Tanometr olmadığı şəraitdə də təzyiqi yoxlamaq mümkündür. Bunun üçün nəbzi ölçmək lazımdır və alınan göstərici ikiyə vurulur. Nəbz 60-dan aşağıdırsa, deməli, təzyiq düşüb, 90 və daha çoxdursa, yüksəlib. Əlbəttə, bu üsuldan yalnız istisna hallarda istifadə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video