24 Dekabr 2011 03:12
382
SİYASƏT
A- A+

Araz Əzimov: ABŞ-ın Minsk qrupunda hazırkı fəaliyyəti qənaətbəxş deyildir

 

Azərbaycan müstəqilliyinin iyirmi ilini xarici siyasətində prioritet istiqamətlərin müəyyənləşdirilməsinə həsr etmişdir. Bizə verilən bu tarixi imkandan müdrikcəsinə və uğurla istifadə etmək istəyirdik.

Xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtondakı Atlantik Şurada "ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış" mövzusunda çıxışında belə demişdir. O vurğulamışdır ki, Azərbaycan Avratlantik məkana inteqrasiya haqda dönməz qərar qəbul etmiş, Şərq-Qərb dəhlizinin qurulmasında mühüm rol oynamaqda davam edir. Bu qərarlar illər ərzində Azərbaycana hərdən baha başa gəlmişdir.

ABŞ ilə münasibətlərin Azərbaycan üçün əhəmiyyətli olduğunu deyən diplomat, bununla yanaşı, Amerikanın Minsk qrupunda həmsədr kimi hazırkı fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bildirmiş və bu fəaliyyətin 2008-ci ilin avqust hadisələrindən sonra nəzərəçarpacaq qədər azaldığını söyləmişdir. A.Əzimov demişdir ki, Dağlıq Qarabağ üzrə sülh danışıqlarına bir neçə amil, o cümlədən fövqəldövlətlərin bölgədəki geosiyasi maraqları, bölgədənkənar cərəyanlar və ən əsası isə, ATƏT-in vasitəçilik etdiyi danışıqlarda qurumun təsis prinsiplərinə etinasız yanaşma mənfi təsir göstərir. O demişdir: "Mən, Vaşinqtonda həmişə deyirəm ki, münaqişə Azərbaycanın inkişafının qarşısını almayacaqdır. Amma ərazi bütövlüyümüzün bərpası bizim üçün həmişə prioritet olacaqdır. Biz, həll yolunun sadə olduğuna inanırıq: azərbaycanlı məcburi köçkünlər öz yurdlarına qayıtmalı və onların təhlükəsizliyi təmin olunmalıdır. Bu, tək ətraf ərazilər deyil, Dağlıq Qarabağın özünə də aiddir. Daha sonra isə Ermənistan Cənubi Qafqazdakı iqtisadi layihələrə daxil edilə bilər". Xarici işlər nazirinin müavini danışıqlarda Ermənistanın mövqeyinə münasibət bildirərək demişdir ki, Yerevanın Kəlbəcər və Laçın bölgələrini girov saxlamaq və Laçın dəhlizinə birtərəfli nəzarət etmək cəhdləri ermənilərin əməkdaşlıq, bölgədə birgə yaşamaq istəklərinin qeyri-səmimi olduğundan xəbər verir. Bu strategiya və bu oyun heç bir nəticə verməyəcək.

Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə idi. Səfər müddətində o, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirmişdir. Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparmışdır.

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri  

 

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video