15 Oktyabr 2021 12:07
424
İQTİSADİYYAT
A- A+

Aqrar sığorta ekspertlərinin gəlirləri açıqlanıb


Avqustda ən çox gəlir əldə edən müstəqil aqrar sığorta ekspertinin aylıq gəliri 7795 manat olub

 

 

Azərbaycanda aqrar sığortanın əhatə dairəsinin genişlənməsi nəticəsində bu sahə ilə əlaqədar tərəflərin də gəlirləri artmağa başlayıb. Yeni mexanizmin tətbiqi nəticəsində sürətlə inkişaf edən və faydalanan tərəflərdən biri də ölkəmizdə ilk dəfə fəaliyyətə başlayan müstəqil aqrar sığorta ekspertləri qrupudur. Hazırda qüvvədə olan aqrar sığorta qaydalarına əsasən, müstəqil ekspertlərin fəaliyyəti aqrar sığorta sistemi üçün mühüm əhəmiyyət daşıyır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, ekspertlər sığortalanma prosesində təsərrüfatlara baxış keçirir, buradakı vəziyyəti və riskləri qiymətləndirir, sığorta hadisəsi baş verdikdə isə hadisənin səbəbini müəyyən edərək dəyən zərəri hesablayırlar. Hadisə nəticəsində ödənişin edilib-edilməyəcəyi barədə qərar verilərkən ekspertin rəyi nəzərə alınır.

Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir. Bu xidmətlərin müqabilində Aqrar Sığorta Fondu tərəfindən ekspertlərə xidmət haqqı və onların təsərrüfatlara gedişi zamanı qət edilən məsafəyə görə yol xərci ödənilir. Aqrar Sığorta Fondu tərəfindən aqrar sığortanın tətbiqi genişləndikcə, sistemlə əməkdaşlıq edən aqrar sığorta ekspertləri artıq yüksək gəlirlər əldə etməyə başlayıblar. Ekspertlər qısa müddət ərzində ölkənin müxtəlif ərazilərində minlərlə kənd təsərrüfatı heyvanına, böyük əraziyə malik əkin sahələrinə baxış keçirib, onlarla sığorta hadisəsini araşdırıb, bu zaman minlərlə kilometr yol qət ediblər. Nəticədə təkcə avqust ayında onlara böyük məbləğlərdə xidmət haqqı və yol xərci ödənilib.

Bunu avqust ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin nümunəsində görmək mümkündür. Avqustda ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin aylıq gəlirləri - 7795 manat, 5225 manat və 4366 manat təşkil edib. Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1000 - 4200 manat arasında dəyişib.

Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışların və müayinə etdiyi heyvanların sayından, qət etdiyi məsafədən asılı olaraq dəyişir. Ümumiyyətlə, müstəqil aqrar sığorta eksperti bütün dünyada, o cümlədən qardaş Türkiyədə də yüksək gəlirli peşələrdən sayılır. Aqrar sığortanın əhatə dairəsi genişləndikcə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artacaq.

Mühüm məqamlardan biri odur ki, Azərbaycanda ekspert fəaliyyəti üçün sertifikat almış mütəxəssislər gələcəkdə Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM arasında bağlanan Anlaşma Memorandumuna əsasən Türkiyədə də fəaliyyət göstərə biləcəklər.

Xatırladaq ki, müstəqil aqrar sığorta peşəsinə yiyələnmək istəyən mütəxəssislər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarından keçməli və Aqrar Sığorta Fondunun (ASF) təlimlərində iştirak etməlidirlər. Növbəti belə imtahan oktyabrın 31-də keçiriləcək. Bunun üçün aqronom, baytar və əlaqədar peşələrə malik namizədlər oktyabrın 29-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video