21:23 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Antonio Quterreş və Boris Conson qlobal istiləşməyə qarşı mübarizənin maliyyələşdirilməsi məsələlərini dünya liderləri ilə birgə müzakirə ediblər
ANA SƏHİFƏ / DÜNYA
16:48 21.09.2021

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində və 6 həftədən sonra Qlazqoda başlanacaq iqlim dəyişmələri problemlərinə həsr olunan beynəlxalq konfransdan əvvəl dünya liderləri ilə görüşüblər. Görüşdən məqsəd tullantıların hədəf göstəriciləri üzrə əsas fikir ayrılıqlarını aradan qaldırmaq, həmçinin qlobal istiləşməyə qarşı mübarizənin maliyyələşdirilməsi məsələlərini müzakirə etməkdir.

AZƏRTAC xəbər verir ki, BMT rəhbərinin sözlərinə görə, Qlazqo sammiti ərəfəsində bütün dünya hazırkı vəziyyətin təhlükəli olmasını, həmçinin təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyini tam dərk etməlidir. O bildirib ki, ötən həftə BMT Paris Sazişinin icrası çərçivəsində ayrı-ayrı ölkələrin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə yetirilməsi barədə hesabat dərc edib.

BMT-nin Baş katibi deyib: “Cari göstəricilərə görə, dünya qlobal temperaturun 2,7 dərəcə artması istiqamətindədir. Eyni zamanda alimlər temperaturun hətta 1,5 dərəcədən azca yuxarı qalxmasının artıq fəlakət olacağını deyirlər. Temperaturun 1,5 dərəcə qalxmasını məhdudlaşdırmaqdan ötrü biz atmosferə atılan zərərli tullantıları 2030-cu ilə qədər 45 faiz azaltmalıyıq və bu, əsrin ortalarınadək karbon neytrallığına nail olmağa imkan verəcək. Hazırda ölkələrin öz üzərlərinə götürdüyü öhdəliklər 2010-cu ildəki 16 faiz səviyyəsi ilə müqayisədə parnik qazlarının tullantılarının 2030-cu ilədək artacağını ehtimal edir. Əgər biz hazırkı kursu birgə dəyişməsək, o halda qarşıdakı konfransın müvəffəqiyyətsizlik riski çox böyük olacaq”.

A.Quterreş bu gün qarşıdakı sammitin uğurla başa çatması, bununla da qlobal istiləşmə ilə mübarizədə dönüş yaratmaqla əlamətdar olması üçün dünya liderlərini əllərindən gələni etməyə çağırıb. Baş katib bildirib ki, beynəlxalq ictimaiyyət üç istiqamətdə hərəkət etməlidir: istiləşmənin 1,5 dərəcə səviyyəsində qalması hədəfinə bağlılığı qoruyub saxlamaq, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə hər il daha əvvəl vəd edildiyi kimi 100 milyard dollar vəsaiti müntəzəm ayırmaq, iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlərin ümumi dövlət maliyyələşməsini azı 50 faiz artırmaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM