24 Iyun 2021 17:48
565
Mədəniyyət
A- A+

Ankarada türkdilli ölkələrin dövlət müstəqilliyinə həsr olunmuş konsert proqramı təqdim edilib  

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının otuzuncu ildönümü münasibətilə tədbirləri davam etdirir. Bu çərçivədə Ankarada TÜRKSOY-a üz ölkələrin mədəniyyət nazirliklərinin birgə əməkdaşlığı sayəsində “türk dünyasının xalq mahnıları” adlı konsert proqramı təqdim edilib, fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə rəsmi şəxslər, diplomatlar, elm və mədəniyyət adamları iştirak ediblər.

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda reallaşan konsertdə tanınmış dirijorlar Ağaverdi Paşayev (Azərbaycan), Abılay Tilepbergen (Qazaxıstan), İrina Suerkulova, Rısbek Jumakunov (Qırğızıstan), Firuza Abdurahimova (Özbəkistan), Guvançmuhammed Saparaliyev (Türkmənistan), Cem Gürdal (Türkiyə) türksoylu xalqların bir-birindən əsrarəngiz mahnılarını tamaşaçılara təqdim edib.

Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orkestrinin də qatıldığı konsertdə solistlərdən Lalə İbrahimova ölkəmizi təmsil edib.

Konsertdən sonra fotosərgiyə baxış keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video