22:55 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anım Günü ilə əlaqədar İtaliyada məscid və kilsələrdə mərasimlər təşkil edilib
ANA SƏHİFƏ / SİYASƏT
10:47 28.09.2021

 

Roma şəhərində yerləşən İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində, “Santa Maria della Mercede” kilsəsində, habelə Katania şəhərində yerləşən “San Camillo dei Mercedari” kilsəsində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirlərdə İtaliyada akkreditə olunan diplomatik korpusun, yerli hakimiyyət orqanlarının, akademik, dini çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Roma Böyük Məscidində keçirilmiş tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri, 30 il ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxladığı, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımını törətdiyi, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirdiyi barədə danışıb. Münaqişə dövründə 4 min azərbaycanlının itkin düşdüyünü, 3 min azərbaycanlının Ermənistanın yerləşdirdiyi minaların qurbanı olduğunu bildirib.

Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları və hərbi təxribatları və Vətən müharibəsinə gətirib çıxaran səbəblər haqqında məlumat verən diplomat Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etdiyini deyib. Vətən müharibəsi vaxtı müharibə meydanında məğlub olan Ermənistanın Azərbaycanın mülki obyektlərinə qadağan olunmuş silahlarla etdiyi hücumların çoxsaylı insan tələfatına səbəb olduğunu və hələ də çoxsaylı mülki azərbaycanlıların azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanına çevrildiyini bildirib. Səfir Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabrın Anım Günü elan edildiyini və bu gün istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanı olmuş və Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin böyük ehtiramla anıldığını vurğulayıb.

Tədbirdə Roma Böyük Məscidinin imamı Ala Eldin əl-Ghobaşinin imamlığı ilə şəhidlərimizin ruhuna dualar oxunub və namaz qılınıb.

Romanın “Santa Maria della Mercede” kilsəsində keçirilmiş anım mərasimində kilsənin keşişi Don Cuzeppe Çelanonun iştirakı ilə Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa keçirilib. Dua mərasimindən sonra çıxış edən səfir Məmməd Əhmədzadə Azərbaycanın zəngin multikultural ənənələrə malik olduğunu, ölkəmizdə əsrlərboyu müxtəlif dinlərə və millətlərə mənsub olan insanların sülh içində birgə yaşadığını, Azərbaycan multikulturalizm modelinin bütün dünya tərəfindən yüksək qiymətləndirildiyini, Papa Fransiskin 2016-cı ildə Bakıya tarixi səfəri vaxtı Azərbaycanı dini tolerantlığa görə model ölkə kimi təqdir etdiyini bildirib.

Diplomat Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü ilə üzləşdiyini və bu təcavüz nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, 1 milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü və 30 ilə yaxın müddət ərzində ölkəmizin böyük ədalətsizliklə üz-üzə qalmaq məcburiyyətində olduğunu deyib. XII Pio da daxil olmaqla çoxsaylı sələfləri kimi Papa Fransiskin “Ədalət olmayan yerdə sülh də yoxdur” kimi fikirlərinə istinad edən səfir Azərbaycan şəhidlərinin qanı bahasına tarixi ədalətsizliyə son qoyulduğunu və torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib. Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimiz arasında müxtəlif dinlərə, o cümlədən xristian dininə mənsub olan vətəndaşlarımızın da olduğunu bildirən diplomat əlavə deyib ki, Azərbaycanda olduğu kimi İtaliyada da məscidlərlə yanaşı, kilsələrdə də şəhidlərimizin anım mərasimlərinin keçirilməsi Azərbaycanın multikultural təbiətini təcəssüm etdirir.

Səfir Cənubi Qafqazda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin nəhayət ki, bərqərar olunacağına ümid etdiyimizi, ölkəmizin regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcəyini bildirib. Çıxışının sonunda diplomat müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi və onların əziz xatirəsini dərin hörmət və ehtiramla andığımızı vurğulayıb.

Anım tədbirinin sonunda orqan ifaçısı Culio Luççiolo, skripka ifaçısı Klaudio Kasarano və soprano Karmela Maffonçellinin təqdimatında şəhidlərimizin xatirəsinə dünya klassiklərindən seçilmiş əsərlər ifa olunub.

Kataniya şəhərinin “San Camillo dei Mercedari” kilsəsində keçirilmiş anım mərasimi də kilsənin keşişi Don Canni Romeonun Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa ilə başlayıb. Messadan sonra anım mərasimində çıxış edən Azərbaycanın Kataniya şəhərində fəxri konsulu Domeniko Koko Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlamış münaqişənin çoxsaylı insan faciələrinə səbəb olması, on minlərlə azərbaycanlının qətlə yetiriləsi, 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salınması barədə danışıb. Fəxri konsul Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycan şəhərlərinə ağır artilleriya və qadağan olunmuş silahlarla hücumlarının çoxsaylı mülki şəxslərin qətlinə və yaralanmasına səbəb olduğunu, müharibənin bitməsinə baxmayaraq, işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların hələ də çoxsaylı günahsız insan tələfatına səbəb olduğunu deyib. Ötən ilin payızında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək ədaləti bərpa etdiyini söyləyən D.Koko bu günkü Anım Gününün 30 illik münaqişədə həyatını itirmiş bütün azərbaycanlıların xatirəsinin yad edilməsi üçün əhəmiyyətli olduğunu bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM