11:31 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
 
ANA SƏHİFƏ / SİYASƏT
11:18 15.04.2021

 Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun aprelin 14-də Azərbaycan Respublikasına işgüzar səfəri Türkiyənin Anadolu agentliyi tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, agentliyin türk, rus və ingilis dillərində yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuata bəyanatları zamanı səsləndirdikləri fikirlər, dövlət başçılarının əməkdaşlıq üçün çağırışları, liderlərin ölkələr arasında qarşılıqlı münasibətlərə dair mövqeləri əksini tapıb.

Liderlərin çıxışlarından sitatlar gətirən agentlik Azərbaycan-Belarus münasibətlərinin əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, Belarus Respublikası Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni alqışlayır və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirak edəcəyini açıq şəkildə nümayiş etdirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM