23:07 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anadan körpəyə bətndə ötürülür

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:17 28.02.2021

 

Amerika alimlərinin apardıqları tədqiqatın nəticələrinə əsasən, COVID-19-dan qoruyan anticisimlər anadan körpəyə bətndə ötürülə bilir.

Bu kəşf hamilə qadınların koronavirusa yoluxandan sonra orqanizmdə yaranan qoruyucu anticisimləri bətnlərindəki körpələrə ötürmələri ilə bağlı fikirləri bir daha təsdiqləyir. Alınan məlumatlardan belə bir qənaətə gəlmək olur ki, gələcək anaların peyvənd olunması yeni doğulan körpələr üçün də faydalı olacaq.

Tədqiqatın baş müəllifi doktor Yavəy Cenni Yanq və onun komandası 2020-ci ilin mart və may ayları arasında doğuş edən 88 qadının qan nümunələrini analiz ediblər. Bütün qadınların qanında COVID-19-a qarşı anticisimlər aşkarlanıb ki, bu da onların nə vaxtsa virusla qarşılaşdıqlarını göstərir. Amma bununla belə bu qarşılaşma onların 58 faizində simptomsuz keçib.

Bu qadınlardan doğulan körpələrin 78 faizində anticisimlər göbək qanında aşkarlanıb. Körpələrin heç birinin birbaşa virusa yoluxması və doğuşdan dərhal sonra onların

COVID-19 testlərinin mənfi çıxması barədə məlumat əldə olunmayıb. Bu da anticisimlərin plasentadan keçdiyini göstərir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM