13 Yanvar 2013 02:01
422
Təhsil
A- A+

Ana adı Azərbaycanda ən uca addır

 

Ana adı Azərbaycanda ən uca addır və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu şərəfli missiyanın parlaq təcəssümüdür. Almaniyanın Potsdam şəhərində yaşayan həmvətənimiz Günel Qurbanın AzərTAc-a daxil olmuş məktubunda bu barədə bəhs edilir.

Məktubun mətnini təqdim edirik.

"Dekabrın 28-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətin himayəsinə və diqqətinə ehtiyacı olan uşaqlarla birlikdə Yeni il şənliklərində iştirak etdiyi gündən müxtəlif hisslər keçirirəm. Buradan, Almaniyadan Azərbaycanda baş verən hadisələrin çoxu daha qabarıq görünür.

Mən Vətənimdə hər gün baş verən proseslərdə özümün də müəyyən qədər iştirakımı duymaq üçün dövri nəşrləri diqqətlə izləyirəm. İqtidar, müxalifət, siyasət, mənasız mübahisələr - bütün bunlar arxa plana keçir. Gözlər və ürək nə isə başqa, daha əhəmiyyətli xəbərlər axtarır və belə anlarda insan öz qəlbinin səsinə, özünəməxsus mənəvi qanunlara qulaq asmağa başlayır. Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən saytda oxuyuram: Azərbaycanda yüzlərlə məktəb tikilməsi, qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin və şəhidlərin ailələrinə daimi qayğı göstərilməsi və bu fəaliyyətin bir sıra başqa aspektləri olduqca təsirli və diqqətçəkəndir. Lakin bunlar yalnız quru statistikadır. Statistika insanın ürəyi ilə deyil, ağlı ilə qəbul edilir.

Yuxarıda adını çəkdiyim bayramla əlaqədar fotoşəkillərə baxanda məndə belə bir duyğu yarandı. Böyük məhəbbət və şəfqət hissi ilə dolu gözlər sanki bütün Kainata car çəkir: "Mən bu uşaqların taleyini dəyişəcəyəm, onlar özlərini tənha hiss etməyəcəklər, mən onların ağrı-acısına şərik olacaq, onlara ehtiyac duyduqları hərarəti verəcəyəm". Bu məqamda anlamağa başlayırsan - qarşımızdakı Mehriban Anadır.

Gözlər qəlbin aynasıdır. Bu gözlər isə deyir ki, başqasının kədərini  duymağı, onun dərdinə şərik olmağı bacaran, zərif, incə qəlbli bir insan olan Mehriban Ana son dərəcə nəcib işlə məşğuldur. Mən Mehriban Ana ilə eyni dövrdə yaşamağıma görə fəxr edirəm. Vaxt gələcək, onu haqlı olaraq xalqın Anası və Vicdanı adlandıracaqlar. Bu gün o, cəmiyyətin mənəvi təkamülünün rəmzi və ruporudur, onun bütün fəaliyyəti yaxşılığa, şəfqətə, mənəvi-əxlaqi dəyərləri ucaltmağa çağırışdır. Onun həyatı və fəaliyyəti yüksək mənəviyyata əsaslanan cəmiyyətin mümkünlüyünə inanmayanlara örnəkdir.

Mehriban Ananın çıxışlarında, məqalələrində bəşər cəmiyyətinin mahiyyətini bir ana kimi anlamağa əsaslanan cəmiyyət qurmaq hədəfi  aşkar görünür. Mehriban Ananın rəhbərlik etdiyi Fondun Gürcüstanda, Pakistanda məktəblər tikməsi, Paris Notr-Dam kilsəsini bərpa etməsi, Strasburqdakı kilsənin təmirində iştirakı və digər beynəlxalq layihələri şəfqət hissini bəşəriyyəti birləşdirə biləcək ideyaya çevirmək arzusunun təcəssümüdür. Bu, bir daha sübut edir ki, biz azərbaycanlılar milli eqoizm hissindən uzağıq. Onun bütün beynəlxalq layihələri planetar Zəka və Vicdanın təntənəsidir.

Muğam sənətinin dirçəldilməsi ilə bağlı layihəni xüsusi vurğulamaq istərdim, çünki burada o, Azərbaycan incəsənətini təbliğ edən prinsipcə yeni, adi seyrçilik, məmnunluq çərçivəsindən kənara çıxan, ictimai məna kəsb edən anlamın təməlini qoya bilmişdir. İndi muğam beynəlxalq səviyyədə Azərbaycan xalqının mentaliteti, onun kökləri ilə assosiasiya edilir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video