21:41 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Amerikalılar antiradiasiya dərmanı yaratmışlar
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:03 10.03.2012

 

Yeni eksperimental preparat qida, su və ya hava ilə daxil olmuş radioaktiv elementləri insan orqanizmindən tez və effektli şəkildə xaric edə bilər. Preparatın yaradıcıları Kaliforniyadakı Berkli Milli Laboratoriyasının mütəxəssisləridir. Sintez yolu ilə alınmış kimyəvi birləşmələr qrupu sağlamlıq üçün daha çox təhlükəli sayılan radioaktiv elementləri (aktinonidləri) orqanizmə daxil olarkən tutur, daha sonra isə kənarlaşdırır.

Atom stansiyalarında baş verən qəzalar, nüvə silahı ətrafında sürən qalmaqallar fonunda, eləcə də kütləvi qırğın silahlarının durmadan modernləşdirildiyi bir dövrdə insanlar radioaktiv təsirlərdən qorunmaq üçün heç də çeşidli və səmərəli vasitələrə malik deyillər. Soyuq müharibə dövründən bəri məlum və mövcud olan yeganə preparat "DTPA" deyilən birləşmədir. Bu maddənin istifadəsi heç də rahat deyil - məhlul damara - venaya vurulmalıdır, üstəlik, heç də bütün növ aktinonidləri neytrallaşdırmır. Preparat həm də az effektlidir - radioaktiv elementləri orqanizmdən qismən xaric edir.

Bu səbəbdən də qarşılarına daha səmərəli preparat yaratmaq məqsədi qoyan amerikalı alimlər son nəticədə buna nail olublar: çoxsaylı model hesablamaları və sınaqlardan sonra fərqli tərkibli iki kimyəvi birləşmə (tetradentat və oktadentat) üzərində dayanılıb.

Kaliforniya Berkli Universitetinin elm xadimlərinin də iştirakı ilə aparılan test sınaqları yüksək nəticələr verib. Alimlərin iddiasına görə, yeni preparatlar geniş çeşiddə radioaktiv elementləri, o cümlədən plutonium, uran, neptunium və digər çox təhlükəli elementləri zərərsizləşdirə bilir. Nəzəri xarakteristikaya əsasən, bu dərmanın bir həbi 24 saat ərzində orqanizmdəki radioaktiv elemenlərin 90 faizini neytrallaşdıraraq ondan kənar edəcək qədər güclü təsirə malikdir. Gündəlik olaraq bir ədəd həb qəbul etməklə isə iki həftə ərzində orqanizmi tamamilə (100%) təmizləmək mümkündür.

Hələlik alınan maddələrlə təcrübə-sınaq testləri heyvanlar və insan hüceyrələri üzərində aparılıb. Preparatların klinikada, insanlar üzərində sınanması üçün tədqiqat komandası əlavə elmi məlumat toplamaq və sənədləşdirmə işləri ilə məşğuldur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM