22:10 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Amerikalı fiziklər səs dalğalarını tək bir istiqamətə yönəldən xüsusi qurğu yaradıblar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:02 01.02.2014

 

Texas ştatının Ostin şəhərindəki (ABŞ) texniki universitetin mütəxəssisləri fizika qanunlarının simmetrikliyini "pozan", fiziki mexanizm vasitəsilə səs dalğalarını konkret olaraq bir istiqamətə ötürmək (yönəltmək) üstünlüyü  verən metodika və analoji qurğu işləyib hazırlayıblar. Kəşf müəlliflərinin fikrincə,  bu metodika yeni nəsil təhlükəsiz kommunikasiya vasitələri, ideal səs izolyasiyası və qeyri-adi elmi səs-akustika  cihazları yaratmağa imkan verəcək.  Mütəxəssislər təklif olunan metodikanın texnoloji baxımdan digər sahələrdə tətbiqini də istisna etmirlər. Onların dediyinə görə, bu konsepsiyadan istifadə etməklə ucuz elektron sirkulyatorları, eyni zamanda optik lifli rabitədə biristiqamətli işıq ötürücüləri yaratmaq olar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM