22 Aprel 2014 03:04
483
Elm və texnika
A- A+

Amerikalı alimlər uzaq məsafədə yağış yağdırmağa imkan verən texnologiya təklif edirlər

Arizona Universiteti (ABŞ) alimləri  hava şəraitinə müdaxilə etməyə - yağış yağdırmağa, ildırım çaxdırmağa qadir lazer texnologiyası üzərində işləyirlər. Əslində, bu ideya yeni deyil,  analoji elmi-nəzəri və praktik texnoloji avadanlıqlar  bu vaxta qədər də yaradılıb. Amma heç biri geniş, uzaq məsafəli təsir gücünə malik olmayıb. Bu da lazer şüalarının atmosfer şəraitində dağılması ilə bağlıdır.

Amerikalı alimlərin təklif etdikləri texnologiya isə nəzəri olaraq istənilən uzaqlıqda atmosfer dəyişikliyi törətməyə imkan verəcək qəbildəndir. Lazerin atmosferdə dağılması problemi ilk baxışda sadə görünən metodla  həll olunub: Əsas təsirə malik güclü lazer şüası daha az intensivlikdə digər lazer şüasına “bürüdülüb”. Beləcə, ikinci – qoruyucu lazer topası əsas güclü lazer axınının atmosferdə səpələnərək enerjisini itirməsinin qarşısını alır. Bu texnologiya sayəsində  on kilometrlərlə məsafədə yağış yağdırmaq və ya ildırım çaxdırmaq mümkündür.

Hələlik layihə  laboratoriya  hüdudları daxilində yoxlanılır. İlk mərhələdə təklif olunan üsulla lazer şüası 2,5 metr məsafəyə ötürülüb. Növbəti etaplarda məsafəni əvvəlcə 50, daha sonra isə bir neçə yüz metrə çatdırmaq niyyətində olan alimlərin fikrincə, təklif edilən  texnologiya vasitəsilə böyük miqdarda istənilən elektromaqnit şüalanmasını  uzaq məsafəyə ötürmək olar.

Arizonalı tədqiqatçıların bu layihəsinin maliyyələşdirilməsini Pentaqon (ABŞ Müdafiə Nazirliyi)  öz üzərinə götürüb və işlərin davam etdirilməsi üçün 7,5 milyon dolar vəsait ayırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video