12 Mart 2014 10:03
463
Elm və texnika
A- A+

Amerika mühəndisləri 5 ildən artıq fasiləsiz işləyən ion mühərriki yaradıblar

Layihə müəllifi ABŞ-ın kosmik tədqiqatlar agentliyi NASA-dır.  Bu ksenon əsaslı ion mühərriki  fasiləsiz işləmə müddətinə görə bütün tip kosmik mühərriklər arasında dünya rekordu vurub. Mühərrik hələ də çalışmaqdadır və hazırkı anadək 48 min saatdan – 5,5 ildən artıq müddətdir ki, dayandırılmadan işləyir. 

Elektron-raket sistemli bu mühərrik NASA və  Amerikanın  “Aerojet Rocketdyne” kompaniyası mütəxəssislərinin NEXT (NASA's Evolutionary Xenon Thruster) layihəsi çərçivəsində  birgə hazırladıqları məhsuldur. NEXT – günəş elektrik mühərrikidir. Mühərrikin iş prosesində istifadə olunan ksenon ionlaşdırıldığından sonra elektrostatik sahə vasitəsilə sürətləndirilir. Bu, kosmik gəmiyə saatda  144 min kilometrdən artıq  sürət yığmağa imkan verir. Hazırda kosmik raketlərdə istifadə olunan heç bir mühərrik  növü belə yüksək göstəriciyə malik deyil.

Bundan başqa, NEXT ölçülərinə görə standart analoqlarından kifayət qədər kiçikdir. Yanacaq sərfi də olduqca məhduddur: mühərrik  fasiləsiz işlədiyi 5,5 il  ərzində cəmi 870 kiloqram ksenon məsrəf edib, halbuki, digər növ mühərriklərə eyni məhsuldarlıq üçün 10 ton raket yanacağı tələb olunardı.

NASA  bütün  ümidləri artıqlaması ilə doğrultduğundan sınaqdan çıxarılan mühərriki tezliklə dayandırılacağını və uzaq məsafəli kosmik missiyalarda istifadəsi yönündə işlərə başlanılacağını açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video