13 Dekabr 2012 01:12
467
Elm və texnika
A- A+

AMEA Tarix İnstitutunun əməkdaşları Almaniyadan elmi ezamiyyətdən qayıtmışlar

 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası keçirilmişdir.

İnstitutun  direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda Almaniya Federativ Respublikasının arxivlərindən elmi ezamiyyətdən qayıtmış heyətin hesabatı dinlənilmişdir.

Almaniyaya ezam olunmuş işçi qrupunun rəhbəri, professor Səadət Zeynalova bildirmişdir ki, həmin ölkənin tarixçiləri ilə danışıqlar aparılmış, Bakıda birgə konfransın keçirilməsinə və Azərbaycan-Almaniya əlaqələrinə həsr edilmiş birgə elmi əsərlərin yazılmasına dair razılıq əldə olunmuşdur.

Səfər zamanı Berlinin Bundes arxivində, Almaniya Xarici İşlər Nazirliyinin siyasi arxivində və Prussiya mədəni irsinin gizli dövlət arxivində Azərbaycan tarixi ilə bağlı çoxlu sayda ilk mənbələrə, o cümlədən arxiv sənədlərinə baxılmış, həmin sənədlərin kataloqları hazırlanaraq ölkəmizə gətirilmişdir.

İclasda qeyd olunmuşdur ki, ilkin mərhələdə Berlin arxivlərində saxlanılan sənədlərin kataloqu nəşr olunacaqdır. Almaniyadan gətirilən sənədlər içərisində qiymətli xəritələr, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakıda yandırılan tikililərin, neft mədənlərinin, zavod və fabriklərin fotoşəkillərinin, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı sənədlərin surətləri də vardır.

Elmi Şuranın qərarına əsasən, Azərbaycan-Almaniya qarşılıqlı əlaqələrinin tarixinə həsr olunmuş birgə elmi konfrans keçiriləcək və eyni zamanda, Almaniya arxivlərində axtarışlar davam etdiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video